MİNA VƏ PARTLAMAMIŞ HƏRBİ SURSAT ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AZƏRTAC-a bildirmişlər ki, Agentlik ötən ilin son ayı ərzində 592 min 603 kvadratmetr ərazini minalardan və partlamamış hərbi sursatdan (PHS) təmizləmişdir. Həmin ərazidə 104 mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir. Əməliyyatlarda 138 istehkamçı, 15 PHS operatoru, 8 paramedik, 100-ə yaxın yardımçı əməkdaş və 22 minaaxtaran it iştirak etmişdir.
İndiyədək 21 milyon 527 min 417 kvadratmetr ərazi minalardan təmizlənmiş, 11 704 mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir.