Mingəçevirdə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
Mingəçevir, 20 fevral (AZƏRTAC). Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Mingəçevir şəhərində silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil, peşə, ali və orta ixtisas məktəblərində inşa yazısı və şeir müsabiqələri, idman yarışları keçirilir, xatirə gecələri, “dəyirmi masa”lar, Xocalı hadisələrinin şahidləri ilə görüşlər təşkil edilir.
Muzey və kitabxanalarda Xocalı faciəsinə həsr olunmuş guşələr yaradılmış, foto, rəsm və kitab sərgiləri açılmış, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir. Şəhərin bütün təhsil ocaqlarında faciə ilə bağlı xüsusi dərslər keçilir.
Fevralın 26-da Mingəçevir sakinləri və bu şəhərdəki məcburi köçkünlər “Azərbaycanlıların soyqırımı və deportasiyası” abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Sonra şəhər icra hakimiyyətində məcburi köçkünlər və şəhid ailələri ilə görüş keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]