Miniatür Kitab Muzeyində Kuba şairinin şeirlərindən ibarət məcmuənin təqdimatı olmuşdur
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Miniatür Muzeyində Kuba şairi Antonio Gerrero Rodrigesin “Dostdan dosta. Sevimli, sadiq və həqiqi dostlarla şeirlə yazışmalar” məcmuəsinin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova, Əməkdar Jurnalist Elmira Əliyeva, Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kuinteron və başqaları tədbirdə çıxış edərək bildirmişlər ki, Kuba şairi Antonio Gerrero Rodriges Azadlıq Adasının vətənin hüdudlarından kənarda yaşayan və beynəlxalq terrorizmə qarşı təmənnasız mübarizə aparan beş vətənpərvərindən biridir. “Dostdan dosta” məcmuəsi üç hissədən ibarətdir. Kitabın birinci hissəsində şairin XXI əsrin ilk illərində yazılmış əsərləri toplanmışdır. “Həbsxana” adlandırılmış ikinci hissədə tikanlı məftillərin o biri tayından olan məktublar yer almışdır. Bu məktublar məhbus həyatı yaşayan, hər gün gündəliyinə qeydlər edən şairin mübarizə yoldaşlarına, silahdaşlarına və məsləkdaşlarına müraciətidir. Nəhayət, məcmuənin üçüncü hissəsi “Məhrəm poemalar” adlanır. Burada zərif, sanki “sulu boya ilə çəkilmiş” incə lirika yer almışdır.
“İndiqo” nəşriyyatında ispan və rus dillərində çapdan çıxmış “Dostdan dosta. Sevimli, sadiq və həqiqi dostlarla şeirlə yazışmalar” miniatür kitablarının epiqrafında deyilir: “Əsl dostlar olmadan böyük işlər görmək mümkün deyildir”. Hər bir kitab 50 nüsxə tirajla çap olunmuşdur.
Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kuinteron məşhur Kuba rəssamı Vilfredo Lamanın əsərini Zərifə Salahovaya təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:41]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:35]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:29]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [17:26]
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY
- 16.06.2026 [17:13]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [17:10]
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub
- 16.06.2026 [17:05]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:04]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [17:01]