“Miras” İctimai Birliyi növbəti beynəlxalq konfransda iştirak edəcəkdir
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 6-dan 9-dək Rumıniyanın mədəniyyət paytaxtı kimi tanınan, ölkənin tarixinin simvolu hesab olunan İaşi şəhərində “Arxeoloji irsin mühafizəsində cari meyillər” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Beynəlxalq konfransda Azərbaycanı “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndə heyəti təmsil edəcəkdir.
İctimai birlikdən AZƏRTAC-a bildirmişlər ki, konfransın təşkilatçısı Rumıniya Akademiyası Arxeologiya İnstitutunun İaşi filialıdır. Layihə Avropa Arxeoloqlar Assosiasiyası, İaşi Universitetinin tarix fakültəsi, Moldova Milli Muzey Kompleksi, Rumıniya Milli Tarix Muzeyinin tərəfdaşlığı ilə həyata keçirilir.
Arxeoloji irsin mühafizəsi ilə bağlı milli və beynəlxalq perspektivlərdən söhbət açılacaq konfransda nümayəndə heyətimiz Orta əsr Ağsu şəhərində ictimai binaların tədqiqi və konservasiyası və Orta əsr Ağsu Arxeoloji Turizm Kompleksinin informasiya təminatı ilə bağlı çıxışlar edəcəkdir.
Nümayəndə heyətinə “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, sədr müavini, jurnalist və araşdırmaçı Arzu Soltan və şöbə müdiri, tərcüməçi-araşdırmaçı Şölə Bayramova daxildir.
Konfransda Rumıniya, Çex Respublikası, Moldova, Hindistan, İtaliya, Rusiya, Mərkəzi Asiya ölkələri və başqa dövlətlərdən tədqiqatçılar iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]