MİSİR ƏRƏB RESPUBLİKASININ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ ƏDLİYYƏ NAZİRLƏRİ AZƏRBAYCAN SƏFİRİ İLƏ GÖRÜŞMÜŞLƏR
Görüşlərdə son vaxtlar Azərbaycanla Misir arasında bütün sahələrdə dinamik şəkildə inkişaf edən əlaqələr barədə ətraflı fikir mübadiləsi aparılmış, ölkələrimizin rəhbərliyinin hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verdikləri bildirilmişdir. 2005-ci ilin dekabr ayında Azərbaycan-Misir Hökumətlərarası İqtisadi, Texniki və Elmi Əməkdaşlıq üzrə Müştərək Komissiyanın Qahirədə keçiriləcək II iclasının gündəliyi də müzakirə olunmuş, noyabrın 10-13-də MƏR-də Azərbaycan mədəniyyət günlərinin böyük müvəffəqiyyətlə keçdiyi xüsusi qeyd edilmişdir.
Səfir noyabrın 6-da Azərbaycanda parlament seçkilərinin 1500 beynəlxalq və 17 minə yaxın yerli müşahidəçi tərəfindən izləndiyini, seçkilərdə xalqın iradəsinin aydın və azad şəkildə ifadə olunduğunu, seçkilərin Azərbaycanın demokratiya yolunda atdığı önəmli bir addım olduğunu vurğulamışdır.