Misirdə COVID-19 qurbanlarının sayı 2 min nəfəri keçib
Qahirə, 20 iyun, AZƏRTAC
İyunun 19-da Misirdə yeni növ koronavirusdan daha 79 xəstə vəfat edib və COVID-19 qurbanlarının sayı 2 min nəfəri keçib.
AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi iyunun 19-da pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Məlumata görə, ölkədə yeni növ koronavirusa rekord həddə - 1774 yoluxma qeydə alınıb, ümumilikdə isə martın 16-dan bəri virusa yoluxanların sayı 52 min nəfərdən çoxdur. Həmçinin son sutka ərzində Misirin karantin xəstəxanalarında 400 nəfər sağalıb, xəstəlikdən şəfa tapanların sayı isə 13 min 928 nəfərdir.
Misirin İnformasiya naziri Üsamə Heykal bəyan edib ki, COVID-19 virusunun daşıyıcısı olan şəxslə təmasda olduğu üçün özünü ev şəraitində 14 gün təcrid edəcək. Bir neçə gün əvvəl ölkənin Şəhərsalma naziri Assim əl-Qəzzar də özü barəsində 14 günlük karantin rejimi elan edib. Bundan başqa, Misirin qibti xristian kilsəsinin dörd keşişinin COVID-19 virusundan vəfat etdiyi bildirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]
Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
- 08.10.2026 [11:36]