Misirdə daha 73 həkim COVID-19-un qurbanı olub
Qahirə, 19 iyun, AZƏRTAC
Misirdə pandemiya dövründə 73 həkim yeni növ koronavirusun qurbanı olub. Bu barədə Təbiblər Həmkarlar İttifaqları məlumat yayıb. Məlumatdan qeyd olunur ki, ölkədə COVID-19-a yoluxan həkimlərin ümumi sayı 430 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi iyunun 18-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Bildirilib ki, son sutkada bu ölkədə daha 88 pasiyent COVID-19-un qurbanı olub, həyatını itirənlərin ümumi sayı isə 1938 nəfərə çatıb. Bundan başqa, son sutka ərzində koronavirusa 1218 yoluxma qeydə alınıb. Ümumilikdə isə martın 16-dan bəri virusa yoluxanların ümumi sayı 50 min nəfərdən çoxdur.
Həmçinin son 24 saat ərzində Misirin karantin xəstəxanalarında saxlanılan 387 pasiyent sağalıb və beləliklə, xəstəlikdən şəfa tapanların ümumi sayı 13 min 508 nəfər olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]
Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
- 08.10.2026 [11:36]
Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
- 08.10.2026 [11:26]
İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB
- 08.10.2026 [11:19]
ABŞ-nin neft ehtiyatları azalır
- 08.10.2026 [10:53]
NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb
- 08.10.2026 [10:32]
“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib
- 08.10.2026 [10:30]
Medef: Fransa dövlət xərclərini azaltmalıdır
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]