Misirdə doqquz ekstremist məhv edilib
Qahirə, 18 sentyabr, AZƏRTAC
Misir təhlükəsizlik qüvvələri tərəfindən aparılan antiterror əməliyyatı çərçivəsində Əl-Obur və 15 May şəhərlərində atışma zamanı 9 terrorçu məhv edilib.
AZƏRTAC Misir Daxili İşlər Nazirliyinin bu haqda bəyanatına istinadla xəbər verir ki, məhv edilmiş terrorçular arasında “İnqilab briqadası” adlandırılan terrorçu qruplaşmanın liderlərindən biri olan Mahmud Qərib Qasim də var. Bildirilir ki, briqada generalı Adil Rəcainin qətlə yetirilməsində, həmçinin Əl-Munifiyyə əyalətində təhlükəsizlik qüvvələrinə hücumlarda Mahmud Qərib Qasimin əli olub.
Əməliyyat yerində avtomatik silah, partlayıcı maddələr və əldəqayırma bombalar aşkar edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:31]
Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]