Misirdə karantin vaxtı Ramazan yürüşü təşkil edənlər həbs olunub
Qahirə, 25 aprel, AZƏRTAC
Aprelin 24-də Misir polisi İsgəndəriyyə şəhərində karantin rejimi vaxtı əllərində müqəddəs Kəbənin maketi ilə Ramazan yürüşü təşkil edənləri həbs edib. Yürüşdə Ramazan ayının girməsini bayram edən insanlar COVID-19 virusunun mövcudluğundan şübhə etdiklərini bildiriblər. Polis sosial şəbəkədə karantin rejimi vaxtı sakinləri yürüşə çağıran şəxsləri aşkar edərək həbs edib.
AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi həmin gün ölkədə koronavirusa 201 nəfərin yoluxduğunu, 7 ölüm faktının qeydə alındığını bildirib. Beləliklə, Misirdə indiyədək COVID-19 virusuna 4 min insan yoluxub, 294 nəfər isə həyatını itirib.
Qeyd olunub ki, son sutka ərzində 71 nəfər sağalıb, xəstəlikdən şəfa tapanların ümumi sayı 1071 olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:33]
Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır
- 12.10.2026 [11:56]
Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib
- 12.10.2026 [11:32]
Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır
- 12.10.2026 [11:30]
Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib
- 12.10.2026 [11:28]
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb
- 12.10.2026 [11:24]