DÜNYA
Misirdə Yaxın Şərq və Afrikada təhsilin inkişafı üzrə beynəlxalq konfrans keçirilir
Bakı, 13 fevral, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi ilə Qahirədə Yaxın Şərq və Afrikada təhsilin inkişafı üzrə beynəlxalq konfrans keçirilir. Konfransın təşkilatçıları qismində Misirin Təhsil Nazirliyi, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və Dünya Bankı çıxış edirlər.
Konfransda çıxış edən Misirin Təhsil naziri Tarek Şevqi, Dünya Bankının Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti Fərid Belhaj sözügedən regionlarda təhsilin inkişafı perspektivlərindən, bu sahədə beynəlxalq layihələrin maliyyələşdirilməsindən bəhs ediblər.
Tədbirdə UNICEF-in təmsilçiləri, təhsil üzrə ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri ayrı-ayrı beynəlxalq layihələr üzrə təqdimatlarla çıxış edirlər.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi konfransda iştirak edən Fransa Senatının Təhsil və Mədəniyyət Komitəsinin sədri Ketrin Morin-Desaili və digər beynəlxalq nümayəndələri qəbul edib.