Misirli politoloq: Prezident Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri qlobal sülhə töhfə olub
Bakı, 7 mart, AZƏRTAC
Misirli politoloq Əhməd Əl-Muslumani “Əl Həyat” telekanalında yayımlanan “Birinci buraxılış” proqramında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən bəhs edib.
AZƏRTAC “Dustur” nəşrinə istinadla xəbər verir ki, misirli politoloq bu səfərin təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də qlobal sülhün möhkəmlənməsi nöqteyi-nəzərindən mühüm olduğunu deyib. O bildirib ki, Azərbaycan hazırda Misirin də təsisçilərindən biri olduğu Qoşulmama Hərəkatına uğurla sədrlik edir və beynəlxalq aləmdə nüfuzlu dövlətlərdən birinə çevrilib. İkitərəfli əlaqələrdən danışan Əl-Muslumani qeyd edib ki, 2026-cı ildə Misir və Azərbaycan arasında Hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək və həmin dövrədək dövlət başçıları arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planının icrası, həmçinin əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Misirli politoloq əlavə edib: “Azərbaycan qısa zamanda Asiyada və Şərqi Avropa regionunda mühüm dövlətlərdən birinə çevrilib və böyük nüfuza malikdir. Paytaxt Bakı isə dünyanın ən gözəl şəhərlərindən biridir. Bu ölkə ilə əlaqələrin inkişafı Misir üçün çox əhəmiyyətlidir. Prezident Əs-Sisi Misirin Azərbaycana səfər edən ilk dövlət başçısı oldu. O, bu səfər zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə dünyaya sülh mesajları verdi”.
Əl-Muslumani vurğulayıb ki, rəsmi Qahirə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına töhfə verməyə hazırdır və Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar çərçivəsində diplomatik səyləri dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]