Mixael Şumaxerin 50 illiyinə həsr olunmuş sərgi açılıb
Bakı, 4 yanvar, AZƏRTAC
Maranelloda, “Ferrari” muzeyində Mixael Şumaxerin 50 illiyinə həsr olunmuş sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə yeddiqat dünya çempionunun bütün “Ferrari” bolidləri, o cümlədən Mixaellə əməkdaşlıq şəraitində yaradılmış adi avtomobillər təqdim edilib.
Xatırladaq ki, Şumaxerin 50 illiyi münasibətilə virtual muzey şəklində xüsusi əlavə buraxılıb. Əlavədə Mixael Şumaxerin idarə etdiyi bolidlərin 3D-modellərinə baxmaq, onların çıxardığı səsləri dinləmək olar. Əlavəni yükləyən istifadəçilərə Şumaxerin çıxışlarının müfəssəl statistikası, rekordları və onun 2013-cü ildə yazılmış müsahibəsi təqdim olunur. Azarkeşlər Mixaelin Kölndəki sərgisinə, eləcə də uşaqlıqda Kerpendə məşq etdiyi kartinq trasına virtual səyahət etmək imkanı əldə edirlər.
Bu əlavə “Schumoji” adlı digər yeni əlavə ilə birlikdə buraxılacaq. İstifadəçilər sosial şəbəkələr üçün Mixaelin və onun Formula 2-də çıxış edən oğlu Mikin təsviri olan smayllardan istifadə edəcəklər. Ata Şumaxerin doğum günündə yükləmək üçün emodzili əlavə də buraxılır. Bütün gəlirlər “Keep Fighting” fonduna köçürüləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]