Mixeil Kavelaşvili: Cənubi Qafqaz dünyada ən mühüm sülh və sabitlik məkanlarından birinə çevriləcək
Tbilisi, 25 dekabr, AZƏRTAC
"İnanırıq ki, Cənubi Qafqaz dünyada ən mühüm sülh və sabitlik məkanlarından birinə çevriləcək".
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, qonşu ölkələr - Azərbaycan, Ermənistan və Türkiyə Gürcüstanın mövqeyini başa düşür və bu, yaxşı münasibətlərin qurulmasına töhfə verir.
“Qonşularımız mövqeyimizi çox yaxşı başa düşdülər. Suverenliyi, milli maraqları qorumaq, regionda sülh və sabitlik üçün bütün platformalara qoşulmaq barədə açıq danışdıq. Qeyd etdik ki, yaxşı münasibətlərin qurulmasına səbəb olan budur və bu, yalnız başlanğıcdır. Biz sülhü qoruyuruq, sülh formatında bu ölkələrlə iqtisadi və siyasi münasibətlərimiz tarazlaşdırılır. Onlar özləri bu imkanları gördülər”, - deyə Mixeil Kavelaşvili bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]