Mixeil Kavelaşvili: Gürcüstan Orta Dəhlizin inkişafına töhfə verməyə hazırdır
Tbilisi, 8 aprel, AZƏRTAC
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Çinin bu ölkədəki səfiri Çjou Çyan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə Gürcüstan və Çin arasında strateji tərəfdaşlığın və ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikası, eləcə də ticarət-iqtisadi, turizm, mədəniyyət, idman və təhsil sahələrində səmərəli əməkdaşlıq vurğulanıb.
Söhbət zamanı "Bir kəmər, bir yol" təşəbbüsü və Orta Dəhlizin inkişafı çərçivəsində əməkdaşlığın vacibliyi qeyd olunub. Bundan əlavə, Gürcüstanın Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və effektiv fəaliyyətinə töhfə verməyə hazır olduğu diqqətə çatdırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]