MOLDOVADA TURİZM MÖVZUSUNDA SEMİNAR KEÇİRİLƏCƏK
Fevralın 24-25-də Kişinyovda Dünya Turizm Təşkilatının (DTT) MDB ölkələri ilə əməkdaşlığının inkişafına dair tədbirlər planı çərçivəsində “Dünya turizminin inkişaf meylləri və istiqamətləri” mövzusunda ikigünlük seminar keçiriləcəkdir. Gənclər, İdman və Turizm Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan nümayəndələrinin də iştirak edəcəkləri seminarda turizmin planlaşdırılması, mehmanxana təsərrüfatının təşkili, kənd turizminin inkişafı məsələləri və MDB ölkələri üçün digər aktual mövzular müzakirə olunacaqdır. Moldovada seminarla yanaşı, “İdman, istirahət və turizm” mövzusunda sərgi də keçiriləcəkdir.
Xatırladaq ki, DTT bundan əvvəlki seminarı ötən ilin aprel ayında Bakıda təşkil etmişdi.