MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ BAKIYA GƏLƏCƏKLƏR
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasından AZƏRTAC-a bildirmişlər ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel yanvarın sonlarında Bakıya gələcəklər. Səfərdən məqsəd ötən il noyabrın 6-da keçirilmiş parlament seçkilərindən sonra Azərbaycandakı vəziyyəti öyrənmək və boş qalmış yerlərə bu ilin mayında keçiriləcək təkrar seçkilərə hazırlıqla bağlı məlumat toplamaqdır.
Həmməruzəçilərin üçüncü çağırış Milli Məclisə keçirilən seçkilərlə bağlı AŞPA-ya təqdim edəcəkləri hesabat təkrar seçkilərdən sonra tam hazır olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]
Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]