Monrealda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair konfrans keçirilmişdir
Bakı, 17 fevral (AZƏRTAC). Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, fevralın 16-da Kanadanın Monreal şəhərindəki Makgil Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbir Azərbaycanın Kanadadakı səfirliyi və Kvebek Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutmuşdur. Konfransda münaqişə ilə bağlı çıxışlar olmuş və müzakirələr aparılmışdır.
Toplantıda Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev, Kanada Hərbi Kollecinin siyasət və iqtisadiyyat departamentinin professoru Pyer Jolikör, Laurenşian Universitetinin siyasi elmlər departamentinin professoru Oreli Lakassan və Kanada Beynəlxalq İnstitutunun tədqiqatçısı Rene Jendron çıxış etmişlər.
Tədbirdə Kanada ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri, Monrealdakı Makgil, Konkordiya və digər universitetlərin tələbə və müəllimləri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]