Monteneqroda siyasi böhrana səbəb olan parlament qərarına qarşı nümayişlər davam edir
Podqoritsa, 21 dekabr, AZƏRTAC
Monteneqroda parlamentin qəbul etdiyi, ölkədə siyasi böhrana səbəb olan və hökuməti formalaşdırmaq üçün prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması məqsədi daşıyan qanuna qarşı nümayişlər davam edir.
AZƏRTAC xəbər verir ki, paytaxt Podqoritsada parlament binası qarşısında toplaşan təxminən 20 min aksiya iştirakçısı “Monteneqronu sizə verməyəcəyik”, “Növbədənkənar seçkilər istəyirik” və “Monteneqro və Avropa İttifaqı üçün buradayıq” sözləri yazılmış plakatlar açıb.
Qeyd edək ki, Monteneqro Prezidenti Milo Cukanoviç dövlət başçısının hökumət qurmaqla bağlı səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qanunu imzalayıb. M.Cukanoviç hökumətin qurulması ilə bağlı müzakirələrdə iştirak etməyəcəyini və namizədin təyin olunması səlahiyyətini parlamentin üzərinə götürəcəyini bildirib. Deyib ki, konstitusiyaya zidd tənzimləməyə görə bu qərarı qəbul edənlər məsuliyyət daşıyırlar.
Xatırladaq ki, Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılıb. Ölkədə yeni hökumətin qurulması prosesi isə siyasi böhrana çevrilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]