Moskvada “Aeroflot open” festivalında şahmatçılarımız liderlik edirlər
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 26-da Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının səkkizinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın A turnirində uğurla çıxış edən gənc şahmatçımız Aydın Süleymanlı səkkiz turdan 6 xal toplayaraq liderliyə yüksəlib. Onunla eyni xala malik olan komandamızın üzvü Rauf Məmmədov isə əlavə göstəricilərə görə ikinci yeri tutur. A turnirində digər şahmatçılarımız - Vüqar Əsədli 5 xal, Vasif Durarbəyli 4,5 xal, Abdulla Qədimbəyli 4 xal qazanıblar.
Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı 5,5 xalla səkkizinci yeri tutur.
İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]