MOSKVADA ATƏT-İN HAZIRKI SƏDRİNİN RUSİYA XİN-İN BAŞÇISI İLƏ MƏSLƏHƏTLƏŞMƏLƏRİ OLMUŞDUR
RF XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirmişlər ki, görüş zamanı ATƏT-də kompleks islahatlar, onun siyasi gündəliyinin təzələnməsi, kollektiv rəhbər orqanların rolunun möhkəmləndirilməsi, ATƏT-ə hüquqi səlahiyyətlərin verilməsi, prosedurun dəqiq qaydalarının müəyyənləşdirilməsi, təsisatların fəaliyyətinin və səhra nümayəndə heyətlərinin işinin səmərəliliyinin artırılması, büdcənin formalaşdırılması sisteminin və ödəmə cədvəllərinin nəzərdən keçirilməsi məsələləri də daxil olmaqla, bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu ilin dekabrında Lyublyanada keçiriləcək növbəti illik iclasına hazırlıq məsələsi də müzakirə olunmuşdur.
S.Lavrov danışıqların yekunlarına əsasən bildirmişdir ki, ATƏT-in üzvü olan ölkələrdə monitorinq keçirilməsi kimi kəskin və çoxlu mübahisə doğuran problemlə əlaqədar kompromislərin əldə olunması məsələsi də müzakirə edilmişdir. Eyni zamanda, bir sıra regional məsələlər, o cümlədən Dnestryanı bölgədə və Cənubi Osetiyada vəziyyətlə bağlı görülə biləcək konkret tədbirlər də müzakirə mövzusu olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]