Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Azərbaycanın Zəfər Günü qeyd olunub VİDEO

Moskva, 8 noyabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyində Vətən müharibəsində Zəfərin 5-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Moskvada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, hərbi attaşelər, Rusiya və Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət xadimləri, Moskvadakı Azərbaycan icmasının tanınmış nümayəndələri, bu ölkənin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Rusiyadakı hərbi attaşesi polkovnik Kənan Təhməzov vurğulayıb ki, Azərbaycan xalqı 30 ildən çox müddətdə itirilmiş torpaqlarının ağrısı ilə yaşayıb, lakin bu illər ərzində səbirlə qüdrətli dövlət və güclü bir ordu qurub. O, 44 günlük Vətən müharibəsi zamanı adları cəsarət rəmzinə çevrilən minlərlə qəhrəmandan bir neçəsini xatırladıb. Polkovnik əlavə edib ki, Azərbaycan xalqı haqlı olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ilə və ölkə vətəndaşlarına, həmçinin dünyanın hər yerindəki soydaşlarımıza Qələbə sevinci bəxş edən cəsur Ordusu ilə fəxr edir.

Bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 8 Noyabr – Zəfər Gününün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu tarixi hadisə təkcə xalqımızın deyil, həm də dostlarımız və müttəfiqlərimizin qələbəsi, habelə beynəlxalq hüquq prinsiplərinin təntənəsidir. Sözlərinə davam edən diplomat bildirib ki, bu Bayramın ən vacib dərsi odur ki, beynəlxalq hüquq prinsipləri yalnız onları həyata keçirməyə qadir və istəkli bir hərbi qüvvə tərəfindən dəstəkləndiyi təqdirdə dəyərlidir.

Diplomat son beş ildə təqribən 12 milyard dolların ayrıldığı və 2026-2029-cu illər üçün əlavə 8 milyard dollar vəsaitin yönəldilməsinin planlaşdırıldığı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işlərindən danışıb. O, azad edilmiş torpaqlarda aktiv mina təmizləmə işlərinin aparıldığını, Qarabağ və qonşu rayonlarda mina ilə çirklənmiş ərazilərin təxminən 20 faizinin artıq təmizləndiyini qeyd edib. Səfir onu da bildirib ki, keçmiş məcburi köçkünlərin Qarabağın dirçəldilmiş bölgələrinə qaytarılması prosesi davam edir və orada həm daimi, həm də müvəqqəti yaşayan əhalinin sayı artıq təxminən 60 min nəfərə çatıb.

R.Mustafayev konkret nümunələr gətirərək bildirib ki, uzun müddət davam edən münaqişənin sona çatması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına da güclü təkan verir.

Diplomat Azərbaycan-Rusiya münasibətlərindən danışarkən vurğulayıb ki, Qarabağda münaqişənin sona çatması Bakı ilə Moskva arasında əlaqələrin yeni, daha yüksək səviyyəyə qaldırılmasına imkan verib. Rusiyanın hərbi əməliyyatların dayandırılmasında mühüm rolu və müharibədən sonrakı nizamlanma, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında fəal, konstruktiv mövqeyi müttəfiqlik münasibətlərinin formalaşmasına və 2022-ci ilin fevral ayında müvafiq Bəyannamənin imzalanmasına səbəb olub. Səfir vurğulayıb ki, Azərbaycan və Rusiya strateji tərəfdaş olaraq qalır və onların münasibətləri Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm amildir.

Sonra qonaqlara Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən tikinti, bərpa və reinteqrasiya layihələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Rusiyanın Əməkdar artisti Valeriya Voronanın rəhbərliyi ilə təntənəli qəbulun musiqili proqramı çərçivəsində Moskva Gənclər Kamera Orkestrinin ifasında Qarayev, Vivaldi, Qriq və başqalarının klassik əsərləri səsləndirilib. Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) gənc sənətçiləri və tələbələri Darya Kovalenko, Nina Bataşova və Yelizaveta Sokolova Üzeyir Hacıbəylinin “Koroğlu” operasından və “Arşın mal alan” operettasından ariyalar ifa ediblər.

Tədbir zamanı qonaqlar, həmçinin 44 günlük Vətən müharibəsini əks etdirən fotostendlərə baxıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada Azərbaycanın Zəfər Günü qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Məktəblilər Türk dünyasının ortaq dəyərlərini nümayiş etdiriblər

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir