Moskvada keçiriləcək Qələbə paradında iştirak etmək üçün 12 ölkədən hərbçilər gəliblər
Moskva, 17 iyun, AZƏRTAC
Keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan, eləcə də Serbiya, Monqolustan və Çin hərbçiləri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə təşkil olunacaq paradda iştirak etmək üçün Moskvaya gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Quru Qoşunlarının komandanı, ordu generalı Oleq Salyukov məlumat verib. O bildirib ki, 12 ölkədən gəlmiş hərbçilər Moskva ətrafındakı “Alabino” poliqonunda parada hazırlıq keçiblər.
Qələbə paradı iyunun 24-də Moskva vaxtı ilə saat 10:00-da başlayacaq. Bütövlükdə Rusiyanın müxtəlif şəhərlərində keçiriləcək hərbi paradda 64 mindən çox hərbçi, 2,4 min hərbi texnika, 20 sualtı, suüstü və hərbi gəminin iştirak edəcəyi gözlənilir. Təyyarələr və helikopterlər Moskvanın Qızıl meydanı üzərindən uçmaq üçün 8 aerodromdan havaya qalxacaqlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]