Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib
Bakı, 15 iyun, AZƏRTAC
İyunun 15-də Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunub.