MOSKVADA “QURANIN MÖCÜZƏLƏRİ” FİLMİ NÜMAYİŞ ETDİRİLMİŞDİR
AZƏRTAC Müstəqil İslam İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Moskvada ilk dəfə olaraq geniş ekranda İslam filmi göstərilmişdir. Azərbaycan Gəncləri Əlaqələndirmə Şurasının (AGƏŞ) təşəbbüsü və Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə Moskvanın “Bakı” kinoteatrında “Quranın möcüzələri” filminin təqdimatı olmuşdur. Harun Yəhya Elmi Tədqiqatlar Fondu Moskva bölməsinin nümayəndələri tədbirin keçirilməsinə təşkilati yardım göstərmişlər.
AGƏŞ-də agentliyin müxbirinə bildirmişlər ki, film İslama marağın getdikcə artması ilə əlaqədar ekrana çıxarılmışdır. Kinoteatrın müdiriyyəti bu təşəbbüsü bəyənmiş və köməyini əsirgəməmişdir.
Harun Yəhyanın İslam, Quran, peyğəmbərlər haqqında elmi-kütləvi sənədli filmləri bütün dünyada məşhurdur. Onun əsərləri 150-dən artıq dilə tərcümə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]