MOSKVANIN MERİ
CƏNAB YURİ LUJKOVA
Hörmətli Yuri Mixayloviç,
Moskvanın Meri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Moskva Hökuməti uzun müddət ərzində Sizin rəhbərliyiniz altında iqtisadiyyatın və sənayenin müxtəlif sahələrinin, sosial sahənin dinamik inkişafı, Rusiya Federasiyası paytaxtı infrastrukturunun abadlaşdırılması və modernləşdirilməsi işinə çox böyük töhfə vermişdir.
Siz Azərbaycanla Moskva arasında dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və genişlənməsinə sanballı töhfə vermisiniz. Əminəm ki, bu xoş ənənələr bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Uzun illər Sizi tanıdığıma görə Sizin işgüzar və insani keyfiyyətlərinizi yüksək qiymətləndirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Moskvanın və moskvalıların tərəqqisi naminə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 iyun 2007-ci il.