MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİ ƏN MÜASİR SƏHİYYƏ OCAĞI OLACAQDIR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 7-də Cəlilabad şəhərində tikilən Müalicə-Diaqnostika Mərkəzində işlərin gedişi ilə tanış olmuşdur.
Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən və 1,5 hektar ərazidə yerləşəcək mərkəzin inşasına 2007-ci ildə başlanmışdır. 3 və 4 mərtəbəli üç korpusdan ibarət olacaq sağlamlıq ocağında qəbul, şüa-diaqnostika, cərrahiyyə, dializ, reanimasiya-anestezilogiya şöbələri, poliklinika, laboratoriyalar, cərrahiyyə bloku fəaliyyət göstərəcəkdir.
Ən müasir tibb avadanlığı və texnika ilə təchiz ediləcək mərkəz cəlilabadlıların və ətraf rayonların əhalisinin sağlamlığının qorunmasında mühüm rol oynayacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı tövsiyələrini verdi.
######
