Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜASİR VANDALİZM –TARİXİ ADLARA QARŞI SOYQIRIMI

Erməni millətçiləri beynəlxalq ictimaiyyətin gözü qarşısında Cənubi Qafqazın tarixi keçmişini saxtalaşdırmaqda davam edirlər. Bu yaxınlarda Ermənistan Respublikası hökuməti Yanında Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin sədri Manuk Vardanyan jurnalistlər qarşısında çıxış edərək demişdir ki, Ermənistanın ilk milli atlası nəşr olunacaqdır. Onun bildirdiyinə görə, həmin atlasda 40 min coğrafi ad qeydiyyata alınacaq və bu zaman başqa dillərə məxsus olan 8-10 min coğrafi ad dəyişdirilərək, erməni adları ilə əvəz ediləcəkdir (http://nevvsarmenia.ru/arm 1/ 20060123/ 41528686 html). M.Vardanyanın dediyi “başqa dillərə məxsus olan” həmin 8-10 min coğrafi ad məhz əzəli torpaqlarından deportasiya edilmiş azərbaycanlılara məxsusdur.

... Elmə yaxşı məlum olan tarixi həqiqətdir ki, ermənilər Cənubi Qafqazın yerli, aborigen əhalisi deyil, onlar buraya gəlmə etnosdur. Bunu ilk mənbələrə əsaslanan tədqiqatlar çoxdan sübut etmişdir. Ermənilərin əcdadları hesab olunan tayfalar təqribən e.ə I minilliyin ortalarında Fərat çayının yuxarılarında peyda olmuşlar. Onlar buraya Balkan yarımadasından köçüb gəlmişdilər.

Azərbaycan xalqının ulu əcdadları hələ ermənilərin Asiyada peyda olmasından çox-çox əvvəllər Cənubi Qafqaz da daxil olmaqla, böyük bir regionda yüksək mədəniyyət formalaşdırmış, Arazdan cənubda Manna və Atropatena, şimalda isə qüdrətli Albaniya dövlətini yaratmışlar.

Azərbaycan Albaniya dövləti Araz çayından şimaldakı bütün Azərbaycan torpaqlarını, o cümlədən tarixi Qarabağ da daxil olmaqla, Araz və Kür çayları arasındakı ərazini əhatə edirdi. Albaniya dövlətinin süqutundan sonra Araz çayından şimaldakı Azərbaycan torpaqları bütün tarixi dövrlərdə ya Azərbaycan dövlətlərinin, yaxud da müxtəlif türk-müsəlman imperiyalarının tərkibinə daxil olmuşdur. Başqa sözlə, 1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmamışdır. Tarixi reallıq və ilk mənbələrin təsdiq etdiyi həqiqiət belədir.

Hazırda Cənubi Qafqazda başlıca gərginlik ocağı olan erməni dövləti yaradılması ideyasının əsası tarix baxımından lap yaxın dövrdə - XIX əsrin əvvəllərində Rusiya imperiyasının regionu ələ keçirmək məqsədi ilə İran və Türkiyəyə qarşı apardığı işğalçılıq müharibələri dövründə qoyulmuşdur. Həmin dövrdə Rusiya özünə Cənubi Qafqazda etibarlı dayaq yaratmaq üçün xristian amilindən istifadə etdi. Bu məqsədlə yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına, əsasən də, keçmiş Azərbaycan dövlətlərinin – İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə İrandan və Türkiyədən kütləvi surətdə ermənilər köçürüldü. Erməni köçkünlərini yerli türk-müsəlman əhali üzərinə qaldırmaq məqsədi ilə imperator I Nikolay azərbaycanlıların ümumxalq bayramı olan Novruz bayramı günü - 1828-ci il martın 21-də Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” adlanan bir inzibati ərazinin yaradılması barədə fərman imzaladı. Yeni yaradılmış “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürülənlər idilər. Yeri gəlmişkən, həmin 62 kənddən ancaq 14-nün adı erməni mənşəli idi.

“Erməni vilayəti”nin yaradılmasından sonra əzəli Azərbaycan torpaqlarının buraya çar Rusiyası tərəfindən köçürülüb gətirilmiş ermənilər tərəfindən etnik təmizlənməsi dövrü başladı. Azərbaycan xalqını öz dədə-baba torpaqlarından məhrum etmək məqsədi ilə ona qarşı saysız-hesabsız deportasiyalar və soyqırımlar həyata keçirildi. Nəticədə Azərbaycan torpaqlarının kütləvi surətdə ermənilərlə məskunlaşdırılması prosesi həyata keçirildi. Rus tədqiqatçısı N.Şavrov 1911-ci ildə yazırdı: hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali deyil və buraya bizim tərəfimizdən köçürülmüşdür.

1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması xatirinə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı torpaqlarla birlikdə ermənilərə güzəştə getdi. Beləliklə, Azərbaycan torpaqları hesabına Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq, erməni dövləti yaradıldı. Bu vaxtdan etibarən Rusiyanın hərtərəfli köməyi ilə ermənilər tərəfindən Qərbi Azərbaycan torpaqlarının azərbaycanlılardan təmizlənmsi prosesi daha da sürətləndi, ermənilərin köç saldığı ərazilər Azərbaycan torpaqları hesabına şərqə doğru daha da genişləndirildi. Bolşevik Rusiyasının hakimiyyəti dövründə bu proses daha da intensivləşdi. 1988-ci ildə azərbaycanlıların öz ata-baba yurdları olan Qərbi Azərbaycan (indiki Ermənistan Respublikasının ərazisi) torpaqlarından deportasiyası başa çatdırıldı. Yaxın keçmişdə əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar olan bu torpaqlarda – indiki Ermənistan Respublikasının ərazisində indi bir nəfər də azərbaycanlı qalmamışdır.

Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953, 1988-ci illərdə çoxsaylı soyqırımlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidəni, nadir maddi və mənəvi mədəniyyət əsərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə-yeksan etmiş, tarixi adlara qarşı da soyqırımı törətmişlər. Erməni millətçilərinin indiki Ermənistan (tarixi Qərbi Azərbaycan) ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində on minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilmişdir.

Tanınmış tədqiqatçı alim Nazim Mustafanın elə ermənilərin öz mənbələrinə əsaslanaraq yazdığı “Vandalizm – tarixi adlara qarşı soyqırımı” kitabı tarixi gerçəkliyə qarşı soyqırımı cinayəti törətmiş müasir vandallara tutarlı cavabdır. Müəllif ilk mənbələrə əsaslanaraq sübut edir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanılmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adları dəyişdirilmişdir. Sonrakı dövrlərdə azərbaycanlılara məxsus tarixi adların dəyişdirilməsi prosesi daha da sürətləndirilərək, kütləvi miqyas almış və 1991-ci ildə Ermənistan Respublikası yaradıldıqdan sonra əsasən başa çatdırılmışdır.

Nazim Mustafanın oxuculara təqdim etdiyi həmin kitabın başlıca məziyyəti bundan ibarətdir ki, əsər məhz erməni mənbələrinə əsasən yazılmışdır. Qoy ikili standartlar mövqeyindən çıxış edərək, erməni vandallarını müdafiə edən bəzi Qərb siyasətçiləri havadarlıq etdikləri erməni millətçilərinin tarixi necə saxtalaşdırmaları ilə daha yaxından tanış olsunlar. Bəlkə bundan sonra onlar üzlərini həqiqətə doğru çevirərək, özlərinə qondarma tarix yaradanları əsil adı ilə çağıracaq, YUNESKO-nun mədəni dəyərlərin qorunması haqqında 1954, 1970 və 1972-ci il tarixli konvensiyalarına hörmətlə yanaşacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” futbol klubunda kadr dəyişikliyi baş verib

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Aİ Rusiyaya qarşı ən geniş sanksiya paketini qəbul etdi: 1569 şəxs və qurum hədəfdədir

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şərqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq VİDEO

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq VİDEO

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir VİDEO

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir VİDEO

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb