Müdafiə Nazirliyi: Erməni mətbuatı yalan və heç bir əsası olmayan xəbərlər yayır
Bakı, 6 aprel, AZƏRTAC
Ermənistan mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş Talış kəndi ətrafındakı yüksəkliklərin guya düşmən tərəfindən yenidən zəbt edilməsi barədə yayılan xəbərlər yalandır və bunun heç bir əsası yoxdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu cür məlumatların yayılması təlaş içində yaşayan erməni xalqını və mənəvi düşkünlüyə məruz qalmış, döyüş qabiliyyətini itirmiş düşmən ordusunun əsgərlərini cüzi də olsa ruhlandırmaq məqsədi daşıyır və Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən uğursuz, saxta fəaliyyətin nəticəsidir.
Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan tərəfi gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və bu təxribatların qarşısını almaq məcburiyyətində qalan Silahlı Qüvvələrimizin cavab tədbirləri daha sərt olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]