Müdafiə Nazirliyi “Facebook” istifadəçilərinə müraciət edib
Bakı, 7 aprel, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidməti “Facebook” sosial şəbəkəsinin istifadəçilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq bir neçə gündür nazirliyin rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin məlumatlarını ictimaiyyətə operativ şəkildə çatdırmaqdır.
Məlumatda deyilir: “Bununla yanaşı, “Facebook” sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır. Rəsmi olaraq bildiririk ki, https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç birinin Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir.
“Facebook” istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:31]