Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi başlanır
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 23-də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.
Vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq.
Xatırladaq ki, aprelin 17-dən 19-dək keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]