MÜƏSSİSƏ ÖLKƏ İQTİSADİYYATININ İNKİŞAFINA ÖZ TÖHFƏSİNİ VERİR
Cəmiyyət qeyri-neft sektorunda dövlət büdcəsinə ödədiyi vəsaitlərin həcminə görə ön yerlərdən birini tutur. Son 3 ilin yekunlarına görə, müəssisənin səhmdarlarına dividend verilir. Bu göstərici üzrə də ASC respublikamızda nümunəvi istehsal obyektlərindəndir.
“Bir şirkət - bir ailə” devizi ilə fəaliyyət göstərən ASC-də yüksək keyfiyyətli məhsul istehsalı ilə yanaşı, kollektiv üzvlərinin sosial problemlərinin həllinə də xüsusi diqqət göstərilir.
İnvestisiya öhdəliyinə görə, 700 nəfərin işləməsi nəzərdə tutulduğu halda, hazırda “European Tobacco-Baku” ASC-də işləyənlərin sayı min nəfərə yaxındır. Onların əksəriyyəti keçmiş Bakı Tütün Kombinatının (BTK) işçisidir. Keçmiş tütün kombinatının işləməyən 50 nəfər işçisinin hər birinə isə ayda 34 AZN müavinət verilir. İstehsal imkanları genişləndikcə yeni iş yerlərinin açılmasına da şərait yaranır və bu sahəyə, ilk növbədə, keçmiş BTK-nın təcrübəli işçiləri qəbul olunur. Ümumiyyətlə, müəssisənin fəaliyyəti (siqaret istehsalı, daşınması və satışı) ölkədə 2000-2500 vətəndaşın işlə təmin edilməsinə imkan yaratmışdır. Şirkətdə gənc mütəxəssislərin işə qəbulu üçün vaxtaşırı müsabiqələr keçirilir. İndiyədək müsabiqədən uğurla keçmiş 100-dək gənc işlə təmin olunmuşdur.