“Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti
Bakı, 12 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tanınmış muğam ifaçısı, Əməkdar Müəllim Qəzənfər Abbasov konsertdə “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarının ifa olunacağını söyləyib.
Bildirib ki, Beynəlxalq Muğam Mərkəzi 2017-ci ilin yeni mövsümündə konsertlə yanaşı, bir neçə layihələrə start verib. “Muğam axşamları” adlı layihə də onlardan biridir.
Gecədə “Bayatı-Kürd” və Mahur-Hindi” muğamlarını gənc muğam ifaçıları - Kamilə Nəbiyeva, Hüseyn Məlikov və Abgül Mirzəliyev ifa ediblər.
Konsertdə ifaçıları “Muğam” instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Əməkdar Artist Sahib Paşazadədir.
“Muğam axşamları” layihəsinin informasiya tərəfdaşları sırasında AZƏRTAC-da var.
Qeyd edək ki, icrasına cari ilin mayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti noyabrın 1-də “Orta mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcək.