Muğam ustası Zülfü Adıgözəlovun anadan olmasının 115 illiyi qeyd edilmişdir
Bakı, 12 iyun (AZƏRTAC). İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli xanəndə Zülfü Adıgözəlovun anadan olmasının 115 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Zülfü Adıgözəlovun ifasında xalq mahnısının lent yazısını dinləmişlər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli xanəndə Zülfü Adıgözəlovun Azərbaycanın musiqi xəzinəsinə verdiyi böyük töhfələrdən danışmışdır. Bildirmişdir ki, Zülfü Adıgözəlovun yaşayıb-yaratdığı dövr Azərbaycan musiqi sənətinin çox parlaq, qüdrətli sənətkarlarla zəngin olan bir dövrünə təsadüf etmişdir. Görkəmli xanəndə nəinki onların içində sayılıb-seçilmiş, həmçinin özünün məktəbini yaratmışdır.
Diqqətə çatdırılmışdır ki, Zülfü Adıgözəlov nəslinin görkəmli davamçıları olan Vasif və Rauf Adıgözəlovlar da Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışlar. Hazırda bu nəslin layiqli davamçısı, Xalq Artisti Adıgözəlovda güclü ənənələr ən yüksək zirvəyə çatmışdır.
Digər çıxışlarda da Zülfü Adıgözəlovun ifaçılıq xüsusiyyətlərindən danışılmışdır. Bildirilmişdir ki, onun böyük məharətlə ifa etdiyi muğamlar və xalq mahnıları Azərbaycan radiosunun qızıl fondunda qorunub saxlanılır. Görkəmli xanəndənin lentə və qrammofon vallarına yazdırdığı “Rast”, “Mahur hindi”, “Segah-zabul”, “Bayatı-şiraz”, “Humayun” muğam dəstgahları, bir sıra təsniflər, xalq mahnıları musiqi xəzinəmizin təkrarolunmaz, nadir inciləridir.
Zülfü Adıgözəlov həm Azərbaycan vokal sənətinin inkişafında böyük xidmət göstərmiş, həm də özündən sonra onun yolunu yaşadacaq övladlarına bu şərəfli işi ürəklə etibar etmişdir.
Yubiley gecəsində görkəmli sənətkarın oğlu, mərhum Xalq Artisti, bəstəkar Vasif Adıgözəlovun atası ilə bağlı müsahibəsinin videoyazısı da təqdim edilmişdir.
Tədbir Zülfü Adıgözəlov sənətinin mənəvi davamçılarının ifasında konsert proqramı ilə davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [01:46]
Parisdə “Salle Cortot”da beynəlxalq musiqi layihəsinə yekun vurulub
- 05.02.2026 [23:29]
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib
- 05.02.2026 [21:27]
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
- 05.02.2026 [17:35]
Günay Əfəndiyeva: Bu gün Milli Xalça Muzeyi, əslində, bir ilkə imza atır
Almaniyada buzlu yağış ciddi fəsadlara səbəb olub
- 05.02.2026 [23:50]
"Fənərbağça" Türkiyə Kubokunda 2-ci qələbəsini qazanıb
- 05.02.2026 [23:39]
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib
- 05.02.2026 [23:29]
Yaponiyanın Baş naziri martda Ağ Evə səfər edəcək
- 05.02.2026 [23:04]
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
- 05.02.2026 [21:27]
Azərbaycan Kubokunda 1/4 finalın ilk matçlarına yekun vurulub
- 05.02.2026 [21:15]
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb
- 05.02.2026 [20:45]
Ekspert: Gümüşün qiymətində kəskin artım spekulyativ xarakter daşıyıb
- 05.02.2026 [19:16]
Ağdamda cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb
- 05.02.2026 [19:10]
“Sabah” Qabon millisinin hücumçusunu transfer edib
- 05.02.2026 [18:42]
Dünya mediası Azərbaycan Prezidentinin BƏƏ səfərindən yazmaqda davam edir
- 05.02.2026 [18:08]
Geosiyasi amillərin neft bazarına təsiri davam edir
- 05.02.2026 [17:53]
Günay Əfəndiyeva: Bu gün Milli Xalça Muzeyi, əslində, bir ilkə imza atır
- 05.02.2026 [17:35]
Rusiya klubu “Qarabağ”ın sabiq qapıçısı ilə müqaviləni yeniləmək istəyir
- 05.02.2026 [17:31]
İsveç Ukraynaya enerji təchizatı üçün 1 milyard kron ayıracaq
- 05.02.2026 [17:30]
Azərbaycan basketbol yığmalarının seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 05.02.2026 [17:30]
Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib
- 05.02.2026 [17:22]
İncəsənət və memarlığın inkişafında dil mədəniyyətinin rolu böyükdür
- 05.02.2026 [17:04]
Avropa futbolunda qış transfer pəncərəsinin ən sərfəli keçidləri açıqlanıb
- 05.02.2026 [16:42]
Azərbaycan Kuboku: “Qarabağ” səfərdə “Şamaxı”ya uduzub
- 05.02.2026 [16:41]
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
- 05.02.2026 [16:31]
Şeyx Zayed irsi və qlobal liderlik modeli - ŞƏRH
- 05.02.2026 [16:24]
İndoneziya iqtisadiyyatı ötən il 5,11 faiz artıb
- 05.02.2026 [16:21]
Macarıstan universitetləri Avropa reytinqində mövqelərini möhkəmləndirir
- 05.02.2026 [16:07]