Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Bu gün böyük şəxsiyyət, muğam sənətinin görkəmli nümayəndələrindən olan dahi Xan Şuşinskinin 125 illik yubileyidir. Muğam deyəndə ilk növbədə böyük ustadlarımız yada düşür. Xan Şuşinski də Azərbaycan muğam sənətinin ən böyük simalarından, bənzərsiz sənətkarlarından biridir.
Bunu AZƏRTAC-a açıqlamasında xanəndə Mirələm Mirələmov deyib.
“Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, Azərbaycan muğam sənəti yaşayır, Xan Şuşinskinin adı da əbədi yaşayacaq. Onun ifa etdiyi muğamlar, lent yazıları və zəngin sənət irsi gələcək nəsillərə ötürüləcək, daim qorunacaq və yaşadılacaq”, - deyə xanəndə qeyd edib.
Müxbir – Gülay Nəzərova
Fotoqraf – Aydın Məmmədov
Operator – Ələkbər Baxşıyev