Azərbaycan Dövlət İnformasiya Agentliyi

Münxen Təhlükəsizlik Konfransı: üçgünlük müzakirələrin yaddaqalan məqamları

Münxen Təhlükəsizlik Konfransı: üçgünlük müzakirələrin yaddaqalan məqamları

Münxen, 16 fevral, AZƏRTAC

Dünyanın 120-dək ölkəsindən ümumilikdə minə yaxın nümayəndənin, o cümlədən 60 dövlət və hökumət başçısının iştirak etdiyi 62-ci Münxen Təhlükəsizlik Konfransı üçgünlük mühüm müzakirələrdən sonra işini başa çatdırdı.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində keçirilən müxtəlif tədbirlərdə dünya nizamını sarsıdan əsas təhdidlər, aktiv müharibə və böhranlara dair müzakirələr aparıldı, beynəlxalq münasibətlər sistemini tənzimləyən qaydaların ciddi təzyiq altında olduğu vurğulandı.

Konfransda rəsmi açılış nitqi ilə çıxış edən Almaniya Kansleri Fridrix Merts beynəlxalq nizamın artıq əvvəlki kimi güclü olmadığını qeyd etdi. O, əvvəlki kimi hüquq və qaydalara əsaslanan beynəlxalq nizamın artıq mövcud olmadığını, Rusiyanın Ukraynaya hücumu ilə açıq müharibə və münaqişələrin yeni mərhələsinin başladığını diqqətə çatdırdı. Gələcək beynəlxalq əməkdaşlıq üçün güclü qlobal tərəfdaşlıq şəbəkəsinin əhəmiyyətini xüsusi vurğulayan Kansler bildirdi: “Bu gün avropalılar kimi ilk vəzifəmiz bu reallığı qəbul etmək və yeni dövr üçün tədbirlər görməkdir”.

Ötənilki konfransda ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Avropanı sərt tənqid etməsi fonunda bu il ABŞ təmsilçisinin çıxışı böyük maraqla gözlənilirdi. ABŞ nümayəndə heyətinin rəhbəri, Dövlət katibi Marko Rubio konfransın ikinci günündəki çıxışında Avropanı daha suveren olmağa və müdafiə qabiliyyətini artırmağa dair çağırış səsləndirdi. M.Rubio bildirdi ki, ABŞ zəif müttəfiqlər istəmir, çünki bu, hamını zəiflədir. Vaşinqtona özünü müdafiə edə bilən və gələcəyə inamla baxan bir Avropa lazımdır. O, müttəfiqləri “sınmış status-kvo”nu bərpa etmək cəhdlərindən əl çəkməyə və bunun əvəzinə onu birlikdə düzəltməyə çağırdı. Dövlət katibi ABŞ ilə Avropa arasındakı güclü əməkdaşlığı vurğulasa da, Avropanı nəzarətsiz kütləvi miqrasiyadan çəkinməyə çağıraraq, ətraf mühit siyasətini tənqid etdi.

Münxen Təhlükəsizlik Konfransında enerji təhlükəsizliyi də əsas müzakirə mövzuları arasında yer alırdı. Konfrans çərçivəsində təşkil olunan “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində Azərbaycanın bu sahədə oynadığı mühüm roldan da ətraflı söhbət açıldı.

Konfransda diqqət mərkəzində saxlanılan ən mühüm mövzulardan birini də Ukraynadakı müharibə oldu. Tədbirdə Münxen Təhlükəsizlik Komitəsi tərəfindən 2026-cı il Evald fon Klayst mükafatı Ukrayna xalqını təmsilən Prezident Volodimir Zelenskiyə təqdim olundu. Volodimir Zelenski çıxışında sərt qış şəraitində Rusiyanın davamlı hücumları nəticəsində Ukrayna xalqının ağır sınaqlar qarşısında qaldığını bildirdi. “Bizi qoruyan bizim birliyimizdir”, - deyən Ukrayna Prezidenti Avropanın sarsılmaz birliyinin vacibliyini vurğuladı.

Bu məsələ Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də çıxışının əsas xəttini təşkil etdi. O, Aİ ölkələrini qarşılıqlı müdafiə öhdəliyini ciddi qəbul etməyə çağıraraq bildirdi ki, Aİ müqaviləsində yer alan qarşılıqlı yardım maddəsi (42-ci maddənin 7-ci bəndi) seçim yox, hüquqi öhdəlikdir: “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipi yalnız etimad və real hərbi imkanlar olduğu halda məna kəsb edir”. Avropa Komissiyasının Prezidenti, həmçinin Aİ-nin təhlükəsizlik sahəsində ABŞ-dən asılılığını azaltmaq üçün bu maddənin faktiki şəkildə işlək vəziyyətə gətirilməsinin vacibliyini xüsusi qeyd etdi.

Danimarkanın Baş naziri Mette Frederiksen isə ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirmək planlarına toxunaraq, suverenliyin toxunulmazlığını xatırlatdı. “Biz təhdidlərlə üzləşirik. Qrenlandiya xalqı əvvəllər heç vaxt təhdid olunmayıb, buna görə də bu təzyiq qəbuledilməzdir”, - deyən Baş nazir bu məsələdə Avropadan, hətta Amerikadan da fəal dəstək aldığını qeyd edib.

Konfransın sonuncu – üçüncü günündə isə diqqət Avropaya, onun fəaliyyət göstərəbilmə qabiliyyətinə, rəqabətədavamlılığına və ortaq Avropa vizyonu ətrafında razılığa gəlməsinə yönəlmişdi. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas çıxışında diqqəti məhz Rusiya təhlükəsinə və ABŞ tərəfindən Avropanın son vaxtlar mütəmadi qaydada tənqid edilməsinə yönəltdi. Rusiyanın artıq super güc olmadığını deyən K.Kallas qeyd etdi ki, on ildən artıq davam edən münaqişədən və Ukraynada dördillik müharibədən sonra Rusiya 1,2 milyon nəfər itirməsinə baxmayaraq, 2014-cü ildən bəri cəbhə xəttini demək olar ki, dəyişə bilməyib: “Bu gün Rusiya sındırılıb, iqtisadiyyatı dağılır, enerji bazarlarından təcrid olunub və öz əhalisi ölkəni tərk edir”. O, Rusiyanın törətdiklərinə görə cavab verməli olduğunu qeyd edərək deyib: “Rusiya harada dağıntı törədibsə, onun əvəzini ödəməlidir. Müharibə cinayətləri üçün heç bir amnistiya olmamalıdır”.

K.Kallas son vaxtlar Aİ-nin tənqid edilməsi cəhdlərinin artığıdını qeyd edərək Avropanın müdafiə, insan haqları və rifah sahəsində dünyada yüksək qiymətləndirildiyini vurğuladı, Aİ-nin Ukrayna ilə bağlı danışıqlar prosesində yer almamasının doğru olmadığını bildirdi.

Beləliklə, üç gün ərzində liderlərin apardıqları müzakirələr, səsləndirdikləri fikirlər hazırda uzunmüddətli ittifaqların möhkəmliyinin və davamlılığının ciddi təhdid altında qalması, beynəlxalq nizamın zəifləməsi, dünyada qeyri-sabitliyin və münaqişələrin daha da kəskinləşməsi bu nüfuzlu beynəlxalq platforma vasitəsilə bir daha diqqətə çatdırıldı. Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger də tədbirin yekunları ilə bağlı danışarkən konfransın uğurlu olduğunu, indi isə müvafiq fəaliyyət planlarının ən qısa zamanda hazırlanıb həyata keçirilməsinin vacibliyini qeyd etdi.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri
Münxen

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

NATO-nun Hərbi Komitəsinə alman general rəhbərlik edəcək

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Bu saata olan əsas xəbərlər

Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Həsən Həsənov: Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması nəticəsində yaranmayıb

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Ellada Bəkirova: Alban xristianlığından qalan müqəddəs yerlər xalqımızın tarixi yaddaşında yaşayıb

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Deputat: 28 Maydan 20 Sentyabra uzanan yol Azərbaycanın dövlətçilik iradəsinin tarixidir

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Göygölə dolu düşüb - FAKTİKİ HAVA

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu – RƏY

Qubada Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi qeyd olunub

Münxendə 191-ci Oktoberfest start götürüb

Şair Ramaldanov: Antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini tam bərpa edib

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Türkiyədə “Prezident Administrasiyasının arxivindən fotolarla. Demokratiyaya vurulan zərbə: 27 May” kitabı nəşr olunub

Türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi prioriteti olaraq qalır – ŞƏRH

Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?

“Qədim daşlar arasında” klassik musiqi

Həkəri çayında batan şəxsin meyiti tapılıb

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

Emin Bağırov: 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gündür

Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə töhfə verir – ŞƏRH

AMEA rəhbərliyi və Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanın məzarını ziyarət edib

“Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rumıniya mətbuatı: Azərbaycan qazı qış ərəfəsində ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir - ŞƏRH

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Bazar gününün hava proqnozu açıqlanıb

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Ordubadda “Cənnətin iqamətgahı” filminin premyerası olub

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Suriyada silah anbarında partlayış baş verib, ölənlər var

Qazaxda doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Dörd yaşında yarımçıq qalan ömür

Milli Kitabxana “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsaiti onlayn rejimdə istifadəçilərə təqdim edib