Azərbaycan Dövlət İnformasiya Agentliyi

Murad Balayev: Uşaqların rəqəmsal təhlükəsizliyi xüsusi yanaşma tələb edən sahədir VİDEO

Murad Balayev: Uşaqların rəqəmsal təhlükəsizliyi xüsusi yanaşma tələb edən sahədir VİDEO

Bakı, 26 sentyabr, AZƏRTAC

Uşaqların rəqəmsal təhlükəsizliyi xüsusi yanaşma tələb edən sahədir. Çünki uşaqlar internetdən artıq yalnız əyləncə məqsədilə istifadə etmirlər. Təhsil, oyun, sosial şəbəkələr, videoplatformalar və müxtəlif süni intellekt xidmətləri onların gündəlik həyatının bir hissəsinə çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (Dövlət CERT-i) rəisi Murad Balayev deyib.

O bildirib ki, məqsəd uşaqları rəqəmsal mühitdən uzaqlaşdırmaq deyil, onların həmin mühitdə təhlükəsiz davranış vərdişlərini formalaşdırmaqdır: “Xidmətin və onun CERT mərkəzinin əsas fəaliyyət istiqaməti dövlət informasiya sistemlərinin, dövlət qurumlarının əməkdaşlarının təhlükəsizliyi olsa da, maarifləndirmə fəaliyyətində uşaqların onlayn təhlükəsizliyi, bullinq, şəxsi məlumatların qorunması və psixoloji risklər kimi məsələlərə də ayrıca yer verilir”.

Murad Balayevin sözlərinə görə, 2023-cü ildən başlayaraq “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində müxtəlif mövzularda canlı seminarlar təşkil edilir: “Hər il təsdiqlənmiş mövzular arasında uşaqların kiberhədəflərdən qorunması, informasiya təhlükəsizliyi, bullinq və psixoloji aspektlərə həsr olunmuş ayrıca maarifləndirici tədbir keçirilib. Burada əsas iş uşağa təkcə nəyi etməməyi demək deyil. Valideyn və uşaq arasında etimad mühiti yaratmaq daha vacibdir.

Valideynlərin ilk növbədə diqqət etməli olduğu məsələlərdən biri şəxsi məlumatların qorunmasıdır. Uşağa izah etmək lazımdır ki, adı, yaşadığı yer, məktəbi, telefon nömrəsi, gündəlik getdiyi yerlər, ailə üzvləri haqqında məlumatlar və şəxsi foto-video materiallar internetdə istənilən şəxslə paylaşılmamalıdır”.

O, uşaqların tanımadığı şəxslərlə onlayn ünsiyyətini də əsas risklərdən biri kimi göstərib. Bildirib ki, sosial şəbəkədə və ya onlayn oyunda özünü müəyyən formada təqdim edən şəxsin həqiqətən həmin insan olub-olmadığını uşaq həmişə müəyyən edə bilməz.

“Üçüncü risk kibertəzyiq və bullinqdir. Uşaq onlayn mühitdə təhqirə, hədəyə, təcridə və ya psixoloji təzyiqə məruz qala bilər. Ona görə uşaq bilməlidir ki, belə hal baş verdikdə bunu gizlətmək yox, valideynə və ya etibar etdiyi böyüyə demək lazımdır”, - deyə CERT rəisi bildirib.

M.Balayev digər risklər sırasında fişinq və saxta mükafat ssenarilərini də qeyd edib. Onun sözlərinə görə, “pulsuz oyun”, “bonus”, “oyun valyutası”, “hesabınızı təsdiqləyin” kimi vədlərlə uşaqlar saxta saytlara yönləndirilə və onların hesab məlumatları oğurlana bilər.

CERT rəisi getdikcə aktuallaşan risklərdən birinin də süni intellektlə hazırlanmış saxta görüntü və səslər olduğunu vurğulayıb: “Deepfake” texnologiyası vasitəsilə insanın simasını, səsini və davranışını təqlid edən məzmun yaratmaq mümkündür. Buna görə uşaqlara da erkən yaşdan izah edilməlidir ki, internetdə gördüyümüz foto, video və ya eşitdiyimiz səsin real olması onun sadəcə təbii görünməsi ilə sübut olunmur”.

Valideynlərə öz tövsiyələrini də verən M.Balayev bildirib ki, onlar uşağın telefonunu sadəcə nəzarət obyekti kimi görməkdənsə, onunla internetdə qarşılaşdığı təhlükələr barədə mütəmadi danışmalıdırlar: “Ən vacib məqam budur ki, uşaq internetdə problem yaşadığı zaman bunu valideyninə deməkdən qorxmamalıdır. Çünki uşaq problemi gizlətdikcə hücum edən tərəfin imkanları artır, valideyn vəziyyəti vaxtında bildikdə isə müdaxilə etmək daha asan olur”.

Müxbir -Pərvanə Qafarova
Videooperatorlar - Mirrəsul Cəfərov, Ələkbər Baxşıyev
Murad Balayev: Uşaqların rəqəmsal təhlükəsizliyi xüsusi yanaşma tələb edən sahədir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT Proqramının direktoru: Azərbaycanda olmaq böyük sevincdir

Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib

Qazaxıstanda 2027-ci ildə “Balxaş” AES-in tikintisinə başlamaq təklif olunub

Qətər nümayəndəsi: Məkkə Konvensiyası əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmdir

Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq

AQTA-nın şöbə müdiri: Altı rayonun 11 məntəqəsində pestisid qalıqları və çirklənmiş torpaqlar təmizlənəcək

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və tolerantlığın təşviqində mühüm platformadır- ŞƏRH

Paytaxtın Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb

Pyerluici Kollina: Azərbaycanlı hakimlər dünya çempionatında əla iş görürlər

“Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik

Azərbaycan təmsilçilərinin FIBA Avropa Kubokunda növbəti sınağı

Azərbaycanlı alimlər Qazaxıstandakı beynəlxalq konfransda çıxış ediblər

Vajiha Harris: Münaqişə bölgələrində qadınların yükü ikiqat ağırdır, onların ehtiyacları xüsusi diqqət tələb edir

Metan emissiyalarının azaldılması Azərbaycanın iqlim hədəflərinə nail olması baxımından mühüm əhəmiyyət daşıyır

Nazir müavini: Forumda 5 qitəni təmsil edən 44 ölkədən 100-dən çox gənc iştirak edir

İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir

Azərbaycanın millisinin baş məşqçisi: Əminəm ki, futbolçular U-15 dünya çempionatındakı anları uzun müddət xatırlayacaqlar

Fərhad Hacıyev: Gənclər dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, inkişafa təsir göstərmək gücünə malikdirlər

Aşqabadda Xəzər dənizi sahilyanı ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası keçirilir

FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır

BMT rəsmisi: Qadınların iqtisadi imkanları genişləndirilməli, təhsili layiqli iş imkanları ilə əlaqələndirilməlidir

Fransız professor: Mədəniyyətlərarası dialoq sülhün və fundamental insan hüquqlarının təşviqinə xidmət edir

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

Fərid Cəfərov: Müasir dünya gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlar yaradır

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

Üç ölkənin müdafiə nazirləri Qara dənizin təhlükəsizliyini müzakirə edəcəklər

Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır

Sunniya Durrani-Camalı: AİB regional yaşıl enerji əlaqələrinin qurulması istiqamətində iş aparır

Anais Dagrou: Qızların rəqəmsal imkanlara çıxışı genişləndirilməli, süni intellekt üzrə bilikləri artırılmalıdır

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

Akademik Kamal Abdulla: “Öyrədərək öyrənirik” prinsipi təhsilin əsasını təşkil edir

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir

Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib

BƏT: Dünyada təxminən 66,5 milyon ev işçisi qeyri-rəsmi şəkildə çalışır

BMT Baş katibinin müavini: Gənc nəsil müharibə deyil, sülh nəsli olmalıdır

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir

Səməd Bəşirli: Dayanıqlı İnkişaf Məqsədləri milli inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilib

Firudin Qurbanov: Təhsili zəif olan insanları yanlış istiqamətə yönəltmək daha asandır

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur

Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir

Bakıda “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda sessiya təşkil olunub

Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına

İsraildə seçkilərin ilkin “exit-poll” nəticələri açıqlanıb

Fethi Mansouri: Sosial həmrəylik və ədalət insan tərəqqisinin əsasını təşkil edir

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olur

Nazir müavini: Azərbaycan DİM-lərlə bağlı çağırışlarda güclü institusional bazaya malikdir

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Özbəkistanda Mərkəzi Asiya və Azərbaycan gənc liderlərinin dialoqu keçirilir

Suriya və İordaniya birgə təhlükəsizlik komitəsi yaradacaq

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir VİDEO

Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib

Azərbaycan və Belarus: Hərbi-texniki tərəfdaşlıqdan gələcəyin birgə texnologiyalarına

Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 67,8 kilometrdir

Ağdaş və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

® “Baku Steel Company” Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim edib

Qızıl və gümüş ucuzlaşır VİDEO

Qızıl və gümüş ucuzlaşır VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

ABŞ Yaxın Şərqə “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirir

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür - ŞƏRH

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib VİDEO

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib VİDEO

WSJ: ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı Körfəz ölkələrini xəbərdar edib

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Suriya ilə İordaniya arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib

ABŞ-nin İranla münaqişədə hərbi xərcləri 47 milyard dollara çatıb

Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Tramp: ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək

Niderlandda soyuq müharibə dövrünə aid bunker satışa çıxarılıb

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya