MÜSLÜM ELDAROVUN XATİRƏ SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində mərhum rəssam Müslüm Eldarovun əsərlərindən ibarət xatirə sərgisi açılmışdır.
Sərginin açılış məırasimində rəssamın dostları, yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Bakı İncəsənət Mərkəzinin rəhbəri, rəssam Rafael Gülməmmədli mərhum fırça ustadının əsərlərindəki həyat eşqi, enerji, təxəyyül və ruh yüksəkliyindən bəhs etmiş, onun həyata, insanlara xeyirxah münasibətindən danışmışdır.
Sərgidə rəssamın 23 əsəri nümayiş etdirilir. Bu əsərlərdəki gözəllik duyğusu, incə lirizm tamaşaçıların marağına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]