MUSSOLİNİ DƏ “FƏXRİ VƏTƏNDAŞ” ADINDAN MƏHRUM EDİLDİ
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, İtaliyanın şimalında, Cənubi Tirol vilayətində yerləşən Montanya şəhərinin rəhbərliyi Benito Mussolinini 82 il əvvəl layiq görüldüyü “Fəxri vətəndaş” adından məhrum etmişdir.
Meriyanın nümayəndələri jurnalistlərə bildirmişlər ki, “faşizm Cənubi Tirol sakinlərinin başına çox fəlakətlər gətirmişdir. Ona görə də duçenin “fəxri vətəndaşlığı” qüvvədə qala bilməz”.
Xatırladaq ki, bu yaxınlarda digər diktator - 73 il ərzində Almaniyanın Aşersleben şəhərciyinin “Fəxri vətəndaşı” olmuş Adolf Hitler də həmin addan məhrum edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]