Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mustafa Aşurov: Əsas vəzifəmiz Azərbaycanı layiqincə təmsil etməkdir VİDEO

Bakı, 19 yanvar, Gülay Nəzərova, AZƏRTAC

Musiqi sadəcə səslərin harmoniyası deyil, nəsildən-nəslə ötürülən mənəvi yaddaşdır. Bu yaddaşı yaşatmaq və ona yeni nəfəs vermək isə sənətə sevgi, peşəkarlıq və böyük məsuliyyət tələb edir. Milli musiqi irsimizin qorunması və gənc nəslə ötürülməsi yolunda fəaliyyət göstərən sənətkarlar həm ənənələrin daşıyıcısı, həm də bu sahənin gələcəyini formalaşdıran əsas simalardır.

Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Baş müəllimi, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı, tarzən və dirijor Mustafa Aşurov yaradıcılıq yolu və peşəkar fəaliyyəti ilə bu missiyanı uğurla həyata keçirən sənətkarlardandır.

Mustafa Aşurov AZƏRTAC-ın müxbiri ilə söhbətində musiqi yolunun başlanğıcından, milli musiqi irsinin qorunması istiqamətində görülən işlərdən, eləcə də yubiley ili çərçivəsində planlaşdırılan konsert proqramlarından danışıb.

Mustafa Aşurov bildirib ki, musiqiyə olan həvəsi çox erkən yaşlardan formalaşıb. Uşaqlıq illərində səslərə verdiyi xüsusi reaksiyalar onun gələcək sənət yolunun ilk işartıları olub. O bildirib ki, bu yoluna atası¬nın tövsiyəsi ilə qədəm qoyub. Atası da kiçik yaşlarında beş il tar təhsili alıb və ona bu alətlə məşğul olmağı tövsiyə edib. Beləliklə, onun musiqi təhsili məhz tar aləti ilə başlayıb. Sənətkar üçün əsas məqsəd konkret bir aləti seçmək deyil, ümumilikdə musiqi ilə məşğul olmaq, bu sahəni dərindən öyrənmək olub. Tar ifaçısı kimi qazandığı uğurlar, beynəlxalq müsabiqələrdə əldə etdiyi nəticələr və dövlət tərəfindən verilən yüksək mükafatlar onun sənət yolunun mühüm mərhələlərini təşkil edir.

Mustafa Aşurov gənc yaşlarından qazandığı uğurlar nəticəsində Prezidentin müvafiq Sərəncamı ilə adı Gənc istedadların "Qızıl kitabı”na daxil edilib, Prezidentin aylıq xüsusi təqaüdünə layiq görülüb. Respublika və beynəlxalq müsabiqələrdə iştirak edərək bir sıra uğurlar qazanıb, ölkəmizə beynəlxalq müsabiqələrdə ilk qızıl medalı gətirib. Eyni zamanda Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsində tar ixtisası üzrə ali təhsil alıb. Daha sonra magistratura pilləsində dirijorluq ixtisasına qəbul olunub. Onun sözlərinə görə, dirijorluğa marağı sırf bu peşəni icra etmək məqsədi daşımayıb: “Tar ifaçılığımı davam etdirərkən hesab edirdim ki, dirijorluq sahəsi mənim üçün olduqca vacibdir. Çünki uzun illər klassik orkestr kollektivlərinin qarşısında, görkəmli dirijorların idarəçiliyi ilə çıxış etmişəm. Bu proseslər musiqiyə daha geniş baxış bucağından yanaşmağıma şərait yaradıb. Əsas məqsədim musiqini daha dərindən öyrənmək, ona daha geniş prizmadan yanaşmaq olub", - deyə o qeyd edib.

Onun sözlərinə görə, dirijorluq təhsili zamanı əldə etdiyi orkestrləşmə və aranjeman bilikləri yaradıcılıq fəaliyyətində mühüm rol oynayıb. Məhz bu biliklər tar ifaçılığını daha peşəkar səviyyəyə yüksəltməyə, orkestr düşüncəsini dərindən anlamağa imkan verib. Nəticədə sənətkar həm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Orkestrində, həm də Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində dirijor kimi fəaliyyət göstərməyə başlayıb.

Mustafa Aşurov qeyd edib ki, həm şəxsi yaradıcılıq arzusu, həm də sahənin tanınmış mütəxəssislərinin tövsiyələri əsasında tar ifaçılığı ilə dirijorluğu eyni səhnədə birləşdirmək ideyası formalaşıb. Bu yanaşma əsasında hazırlanan konsert proqramlarında o, eyni zamanda həm dirijor, həm də tar ifaçısı kimi çıxış edir, orkestr isə onun üçün hazırlanan xüsusi orkestrləşmələri və aranjemanları ifa edir. Bu sintez tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır və artıq kollektivin yaradıcılıq xəttinə çevrilib.

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin fəaliyyəti haqqında danışan dirijor bildirib ki, kollektiv mütəmadi olaraq solo konsert proqramları, müxtəlif yaradıcılıq layihələri və beynəlxalq tədbirlərdə çıxışlar həyata keçirir.

O vurğulayıb ki, orkestr yeniliklərə açıq olsa da, hər zaman klassik ənənələrə sadiqliyi əsas prinsip kimi qoruyur: "Konsert proqramlarında görkəmli bəstəkarların Xalq Çalğı Alətləri Orkestri üçün yazdığı klassik əsərlər xüsusi yer tutur. Yeni işləmələr və aranjemanlar hazırlanarkən alınan təhsil, toplanmış təcrübə və milli musiqi ənənələri əsas götürülür. Çünki savadlı yanaşma olmadan edilən yeniliklər musiqidə bayağılığa gətirib çıxara bilər. Bu baxımdan kollektiv klassika ilə müasir yanaşma arasında düzgün tarazlığı qorumağa çalışır.

Bu ilin orkestr üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edən sənətkar bildirib ki, 2026-cı il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illik yubileyi, eyni zamanda onun 35 illik yubileyi və 25 illik musiqi fəaliyyəti ilə əlamətdardır. Belə ki, orkestrin yubileyi münasibətilə yeni konsert proqramları hazırlanır. Sözügedən proqramlar çərçivəsində həm kollektivin zəngin və özünəməxsus repertuarının genişləndirilməsi, həm də Azərbaycan musiqisinin ölkə daxilində və beynəlxalq səviyyədə təbliğinin daha da gücləndirilməsi nəzərdə tutulur.

Gənclərin musiqiyə marağı məsələsinə toxunan Mustafa Aşurov bu sahədə pedaqoji fəaliyyətin əhəmiyyətini xüsusi vurğulayıb: "Musiqi böyük zəhmət və davamlı çalışma tələb edən bir sahədir. İstedad vacibdir, amma təhsil, məşq və zəhmət olmadan davamlı uğur mümkün deyil. Gənclər yenilikdən qorxmamalıdırlar, lakin bu yenilik mütləq peşəkarlıq və möhkəm musiqi savadı üzərində qurulmalıdır”.

Son dövrlərdə onun üçün əlamətdar yaradıcılıq hadisələrindən biri də uzun illər solist-tar ifaçısı kimi çıxış etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestrinin qarşısına bu dəfə dirijor kimi çıxması olub. Görkəmli bəstəkar Tofiq Quliyevin mahnılarından ibarət konsert proqramında orkestrin dirijorluğu və bədii rəhbərliyi ona həvalə edilib. Həmin kollektivlə birgə Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin qala konsertində iştirak olunub. Proqram çərçivəsində həm Dövlət Xalq Çalğı Alətləri Orkestri, həm də Dövlət Kamera Orkestri üçün yeni partituralar hazırlanaraq təqdim edilib.

Mustafa Aşurov deyir: “Əsas vəzifəmiz harada çıxış etməyimizdən asılı olmayaraq Azərbaycanı layiqincə təmsil etmək, milli irsimizi qorumaq və onu gələcək nəsillərə peşəkar şəkildə ötürməkdir”.

Mustafa Aşurov: Əsas vəzifəmiz Azərbaycanı layiqincə təmsil etməkdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub