Mustafa Çiftçi: Türkiyə 90 min iranlı qaçqını qəbul etməyə hazırlaşır
Ankara, 5 mart, AZƏRTAC
Türkiyə ilk mərhələdə İrandan gələcək 90 min qaçqını qəbul etmək üçün imkanlar yaradıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bunu Van, Hakkari, İğdır və Ağrı şərq vilayətlərinin qubernatorları ilə görüşdən sonra açıqlayıb.
Nazirin sözlərinə görə, Ankara sərhəd keçid məntəqələrində vəziyyəti diqqətlə izləyir. “Mart ayının əvvəlindən bəri Türkiyəyə gələn İran vətəndaşlarının sayı artmaqdadır. Martın 1-də Türkiyəyə 1224 İran vətəndaşı gəlib və 1591 nəfər gedibsə, martın 3-nə qədər bu rəqəmlər müvafiq olaraq 2032 və 1966 olub”, - deyə nazir bildirib. O qeyd edib ki, hazırda Türkiyə-İran sərhədi boyunca heç bir əhəmiyyətli qanunsuz miqrasiya fəaliyyəti qeydə alınmayıb.
İran ətrafındakı proseslərin “Terrorsuz Türkiyə” təşəbbüsünə təsiri ehtimalına toxunan M. Çiftçi qonşu ölkəyə qarşı zərbələrin dövlətin PKK terror təşkilatı problemini aradan qaldırmaq səylərinə təsir etməyəcəyini bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:18]
İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir
- 07.08.2026 [13:42]
“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib
- 07.08.2026 [13:35]
Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir
- 07.08.2026 [13:35]