Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqil Azərbaycanın xalçaçılıq sənəti yeni üfüqlər fəth etməkdədir

Bakı, 28 avqust, AZƏRTAC

Avqustun 25-i Azərbaycan xalçaçılıq sənəti üçün unudulmaz gün kimi yadda qaldı. Həmin gün Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışını etdi. Ölkə rəhbərinin xalçaçılarla hər görüşü onlar üçün həyatlarının unudulmaz gününə çevrilir. Çünki bilirlər ki, bu qədim sənət dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində yaşadılır və inkişaf etdirilir. Prezidentlə hər görüş bu sahənin qarşısında yeni perspektivlər açır. Dövlət başçısı “Azərxalça”nın filiallarının açılışlarında xalçaçıların əməyini, qarşıya qoyduğu tapşırıqların uğurla yerinə yetirilməsini yüksək qiymətləndirir.

Xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu sahə dövlətimizin diqqət və qayğısı ilə tam əhatələnib.

Milli sənətimiz və sərvətimiz...

Bu il may ayının 4-də Xaçmaz filialının açılışında “Azərxalça”nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq” deyən dövlətimizin başçısı İsmayıllıda da qurumun fəaliyyətindən razılığını ifadə edən fikirlər səsləndirdi: “Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var. “Azərxalça” müəssisəsinin yaradılması məhz bu məqsədi güdürdü. Mənim qoyduğum vəzifələr, verdiyim tapşırıqlar yerinə yetirilir və İsmayıllı rayonundakı xalçaçılıq fabriki bunu bir daha göstərir”.

Əlbəttə ki, bu sözlərin arxasında xalçaçılığa göstərilən böyük dövlət qayğısı, real iş, konkret nəticələr və zəhmət dayanır. Bütün bunların nəticəsidir ki, qədim sənətimiz ikinci həyatını yaşayır. Xalçaçılığa niyə bu qədər diqqət göstərilir, yetərincə investisiya qoyulur? Prezident çıxışlarından birində bu sahədə görülən işlərin əhəmiyyətini belə qiymətləndirib: “Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlərboyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir. Biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk”.

Xalçaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər çox böyük önəm daşıyır. Çünki keçmişlə bu günümüz arasında körpü rolunu oynayan xalçaçılıq sadəcə mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir.

Bu sənət Azərbaycan xalqının tarixi, həyatı ilə sıx bağlı olduğundan sovet dövründə onun geniş tədqiqinə, milli naxışlı xalçalar toxunmasına süni maneələr yaradılırdı. Xalçalar üzərindəki naxışlar onun toxunduğu dövrün həyat tərzi barədə qiymətli məlumatlar verir. Bu sahəyə ehtiyatla yanaşılmasına baxmayaraq, ulu öndər Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyi fəaliyyətə başlayıb, bu sahə ilə məşğul olan tədqiqatçılara, xalçaçılıq sənətini yaşadanlara lazımi şərait yaradılıb. O dövrdə digər milli dəyərlərimiz kimi, xalçaçılığın da yaşadılması ümummilli liderimizin müstəqil dövlət quruculuğu yolunda atdığı mühüm addımlardan biri idi. Çünki qədim tariximizin, zəngin dövlətçilik ənənələrimizin xalça naxışlarında yaşadılması gənc nəsildə milli hisslərin oyanmasına stimul verirdi.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalçaçılığın inkişafında yeni mərhələ başlayıb. Ümummilli Liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətinin ən yaddaqalan məqamlarından biri də 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. Ölkə başçısının təşəbbüsü ilə yaradılan “Azərxalça” bir neçə strateji məqsədin reallaşdırılmasına imkan verib. Cəmiyyətin qarşısına qoyulan mühüm vəzifələrdən birincisi milli dəyərimiz olan xalçaçılığı yaşatmaq, digəri isə ölkəmizin ixrac potensialının artırılmasına öz töhfəsini verməkdir. Bunun üçün xalçaçılığın geniş şəbəkəsi yaradılmalı idi. “Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir”, - deyən dövlət başçısı bu sənət sahəsinin yaşadılmasını təmin edib, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsi yaradılıb.

2019-cu ildə daha 10 xalça istehsalı emalatxanası yaradılacaq

İlkin mərhələdə “Azərxalça”nın Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə həmin rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı il noyabrın 12-də “Azərxalça”nın Füzuli, 2017-ci il avqustun 20-də Şəmkir, dekabrın 7-də Quba, 2018-ci il mayın 4-də Xaçmaz, avqustun 25-də isə İsmayıllı filiallarının açılışı olub.

Prezidentin sərəncamları ilə hazırda Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları binalarının tikintisi və infrastrukturunun yaradılması sürətlə davam etdirilir. Ölkə rəhbərinin tapşırığı ilə 2019-cu ildə daha 10 xalça istehsalı emalatxanası yaradılacaq.

Bir məsələni xüsusi qeyd etmək lazımdır. Qarabağ bölgəsində tarixən zəngin çeşnili, qiymətli xalçalar toxunub. Tarixi Azərbaycan torpaqlarını işğal edən mənfur ermənilər dədə-baba yurdlarımızda qalan Azərbaycan xalçalarını öz sənət əsərləri kimi təqdim edirlər. Ancaq bütün dünyanın bildiyi həqiqət odur ki, xalçaçılığın vətəni Azərbaycandır və həmin xalçalar xalqımıza məxsus qədim çeşnilər əsasında toxunub.

Azərbaycan torpaqları işğal olunduqdan sonra məcburi köçkünə çevrilən insanlar arasında peşəkar xalçaçılar, rəssamlar, boyaqçılar, tacirlər, bir sözlə ömrünü bu sənətə bağlayanlar var. Dövlət başçısının tapşırığı ilə həm Qarabağ qrupu Azərbaycan xalçalarını yaşatmaq, həm də insanları işlə təmin etmək məqsədilə sərhəd bölgələrində, məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda xalça emalatxanalarının tikilməsinə üstünlük verilib. Təsadüfi deyil ki, “Azərxalça”nın ilk filialı məhz Füzuli rayonunun Horadiz qəsəbəsində yaradılıb. Bundan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində xalça emalatxanası fəaliyyətə başlayıb. Vaxtilə indi işğal altındakı Ağdam şəhərində xalça fabriki olub. Quzanlı qəsəbəsində yaradılan emalatxanada çalışanların çoxu Ağdam şəhərindəki xalça istehsalı müəssisəsində işləyən qadınlardır.

Bu il isə Biləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıl rayon sakinləri üçün xalça emalatxanası inşa olunur. Gələn il isə Goranboy rayonunun Ağcakənd qəsəbəsində “Azərxalça”nın Xocalı, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində isə Laçın filialları yaradılacaq.

“Azərxalça”nın Yunəyirici-Boyaq Fabriki tikilir

Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri də xalçaçılıq üçün lazım olan xammalın ölkəmizdə istehsal edilməsidir. Ona görə də Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça”nın Yunəyirici-Boyaq Fabriki tikilir. Müəssisədə ildə 1500 ton kirli yun emal olunacaq, yun ipliklər istehsal ediləcək. Burada həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək. Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılır. Hər məntəqədə orta hesabla 300 ton yun qəbul olunacaq.

Xalçaçılığın kompleks şəkildə inkişafının təmin olunması, bu sahədə görülən işlərin sürətləndirilməsi üçün “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Bu sənəd qarşıdakı beş ildə xalçaçılığın inkişaf perspektivlərini özündə əks etdirir. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin bir hissəsi artıq “Azərxalça” tərəfindən həyata keçirilib.

Bu proqramın qəbul olunması ilə Azərbaycan xalçaçılığında keyfiyyətcə yeni mərhələnin başlandığını deyə bilərik. Dövlətimizin başçısının böyük uzaqgörənliklə qəbul etdiyi dövlət proqramları həm xalqımızın milli dəyərlərindən sayılan xalçaçılığın yaşadılmasına, milli mədəniyyətimizin dünyada daha geniş şəkildə təbliğinə, həm də xalçaçılığın ölkəmizin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsinə öz töhfəsini verəcək.

Prezident İlham Əliyev xalçaçılıq sənətinin iqtisadi əhəmiyyətindən danışaraq deyib: “Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”.

Göründüyü kimi, Prezidentin xalçaçılıqdan gözləntiləri çoxdur. Belə ki, xalça ixracı nəticəsində həm milli dəyərlərimiz, ölkəmizin tarixi, mədəniyyəti təbliğ olunur, həm də respublikamıza valyuta gəlir. “Azərxalça” Azərbaycan xalçalarının kütləvi şəkildə ixracına nail olmaq üçün beynəlxalq əlaqələrini genişləndirir. Xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələr yaradılır. “Azərxalça”nın ilk məhsulları 2017-ci və 2018-ci illərdə Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satış-sərgisində, ötən il sentyabrın 10-13-də ABŞ-ın Nyu-York şəhərində keçirilən Rug Show-da təqdim edilib. Londonda nəşr olunan “HALI” jurnalı 190-cı sayından etibarən öz səhifələrində “Azərxalça”nın fəaliyyətini ənənəvi xalı toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandırır. Bundan başqa, Almaniyanın nüfuzlu “Carpet XL” jurnalında “Azərxalça”nın məhsulları reklam olunur.

Xalça emalatxanalarında istehsal olunan məhsulların dünya bazarına çıxarılmasını təmin etmək məqsədilə ABŞ və Yaponiyada fəaliyyət göstərən şirkətlərlə danışıqlar aparılıb, ilkin razılıq əldə olunub.

Dövlət daim sizi dəstəkləyəcək

Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Ona görə də “Azərxalça”nın fəaliyyəti genişləndirilir, filiallarının sayı artırılır. Prezident xalçaçılarla budəfəki görüşündə də hər zaman onların yanında olduğunu bildirdi, Azərbaycan xalçasına, beləliklə milli dəyərlərimizə hər zaman sahib çıxacağını bir daha bəyan etdi. İsmayıllı filialının açılışında ölkə rəhbərimizin dediyi “Dövlət daim sizi dəstəkləyəcək” sözü bu sahənin gələcək inkişafından, görüləcək nəhəng işlərdən xəbər verir: “Biz xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görürük. Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq. Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq. Burada istehsal olunan, toxunan xalçalar həm ölkə daxilində, həm də xaricdə satılacaq və beləliklə, Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcəkdir. Xalçaçılıq sənətinin gələcəkdə yaşaması üçün sizin əməyiniz, zəhmətiniz, istedadınız əsas rol oynayır. Mənə verilən məlumata görə, bu fabrikdə 150-yə yaxın insan işlə təmin olunub. Gələcəkdə işlər yaxşı gedərsə, bu fabriki böyütmək də olar ki, bu işə daha çox qadın cəlb olunsun”.

Bu, gələcəkdə bir rayonda bir neçə xalça istehsalı emalatxanasının yaradılacağı barədə xalçaçılara daha bir sevindirici xəbəri idi. Bu, həm də Azərbaycanın bədxahlarına verilən ciddi mesajdır. Azərbaycan milli dəyərlərinə, tarixi ənənələrinə sahib çıxmaq, belə fabriklər yaratmaq qüdrətindədir. “Azərxalça”nın İsmayıllı filialının açılışından cəmi bir gün sonra ölkə rəhbəri İsmayıllı xalçaçılarını sevindirdi. Dövlət başçısının müvafiq Sərəncamı ilə İsmayıllıda daha bir xalça istehsalı emalatxanası yaradılacaq.

Bu fakt onu deməyə əsas verir ki, müstəqil Azərbaycan xalçaçılıq sənəti yeni üfüqlər fəth etməkdədir.

Tural Səfərov,

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin

mətbuat xidmətinin rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır