MÜTƏMADİ FİZİKİ MƏŞĞƏLƏLƏR ÖMRÜ UZADIR
Tədqiqatlardan biri Notterdamlı Erazm Tibb Mərkəzinin əməkdaşları tərəfindən Boston ətrafında yaşayan 4 mindən çox könüllü üzərində 40 illik müşahidələr əsasında aparılmışdır. İştirakçılar fiziki fəallıqlarının səviyyəsinə görə üç – aşağı, orta və yüksək səviyyəli qruplara ayrılmışlar. Tədqiqatçılar könüllülərin hər gün qəbul etdikləri oksigenin miqdarını ölçərək, onların fiziki fəaliyyətlə nə dərəcədə intensiv məşğul olmalarını müəyyənləşdirmişlər. Alimlər belə nəticəyə gəlmişlər ki, orta qrupdakı 50 yaşlı adamların ömrü az hərəkət edən 1-ci qrupdakılara nisbətən daha uzundur. Yüksək fiziki fəallıq qrupuna daxil olanlar digərlərinə nisbətən 3,5 il çox yaşayır, həm də ürək xəstəliklərindən əziyyət çəkmirlər.
İkinci tədqiqat bilavasitə piyada gəzintilərlə bağlı olmuşdur. Təxminən 500 könüllü üzərində müşahidə aparan Florida Universitetinin əməkdaşları müəyyən etmişlər ki, həftədə 5 dəfə yarım saatlıq gəzinti ürək-damar sisteminin vəziyyətini xeyli yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini azaldır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]