Müvəqqəti işlər vəkili: Bakı konfransı islamofobiyaya qarşı mübarizə üçün mühüm platformaya çevrilib
Bakı, 8 mart, AZƏRTAC
İkinci dəfədir ki, bu konfransa qatılıram. Bakıda keçirilən bu konfrans islamofobiyaya qarşı mübarizə aparmaq üçün mühüm bir beynəlxalq platformaya çevrilib.
Bunu AZƏRTAC-a müsahibəsində “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransda iştirak edən Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdel Halim söyləyib.
Hazırda islamofobiyanın xüsusilə Qərb ölkələrində sürətlə yayılmasını müşahidə etdiklərini bildirən müvəqqəti işlər vəkili deyib:
“Müsəlman ölkələri həmrəy olaraq islamofobiyaya qarşı mübarizə aparmalıdırlar. Mən bu konfransın təşkil edilməsinə görə Azərbaycan hökumətinə öz səmimi təşəkkürümü bildirirəm”.