MUZEYLƏR GÜNÜ ŞİRVANŞAHLAR SARAYINDA QEYD OLUNMUŞDUR
Muzeyin kütləvi işlər üzrə direktor müavini Təranə Balayeva əlamətdar gün münasibətilə iştirakçıları təbrik etmişdir. Bildirmişdir ki, çoxillik ənənəyə uyğun olaraq, mayın 18-i qoruğun tərkibindəki bütün müzeylərdə “Açıq qapı” günü elan olunmuşdur.
Muzeyin həyətində Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının rəsm dərnəyi üzvlərinin əl işləri sərgisinə baxış keçirilmişdir. Münsiflər heyətinin qərarına əsasən, 20 uşağın 30 işinin nümayiş etdirildiyi sərgidə ən yaxşı üç əsərin müəllifinə muzeyin xüsusi hədiyyələri, qalan iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim olunmuşdur.
Nərimanov rayonundakı 36 nömrəli məktəbin şagirdləri şairlərimizin Azərbaycana və tarixi yerlərimizə həsr etdikləri şeirlərdən parçalar söyləmişlər. Şagirdlərə muzeyin “Suvenir” fəxri fərmanları verilmişdir.
Axırda “Liman” mədəniyyət sarayının “Günay” ansamblı üzvlərinin ifasında göstərilən bədii-musiqili kompozisiya iştirakçılara xoş ovqat bəxş etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]