Myanma fövqəladə vəziyyəti altı ay uzadıb
Bakı, 31 yanvar, AZƏRTAC
Myanma hökuməti fövqəladə vəziyyətin müddətini altı ay uzadıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Respublika Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekununa dair qərarda deyilir.
Sənədə əsasən, Təhlükəsizlik Şurasının üzvləri fövqəladə vəziyyətin daha 6 ay uzadılmasına yekdilliklə qərar veriblər. Bundan əlavə, qarşıdan gələn çoxpartiyalı ümumi seçkilərə hazırlıq çərçivəsində “çoxpartiyalı demokratik sistemin gücləndirilməsinin” zəruriliyi vurğulanıb.
Myanma Baş nazirinin müavini və xarici işlər naziri Sven ölkədə 2025-ci ilin sonuna planlaşdırılan parlament seçkilərinin vətəndaş münaqişəsi iştirakçılarını hüquqi müstəviyə qaytarmaq məqsədi daşıdığını söyləyib. Bildirilib ki, 53 partiya səsvermədə iştirak etməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Myanma hərbçiləri 2021-ci il fevralın 1-də ölkədə fövqəladə vəziyyət elan edib və seçilmiş rəhbərliyi hakimiyyətdən uzaqlaşdırıb. Ordu nümayəndələri bəyan ediblər ki, 2020-ci ilin noyabrında keçirilən seçkilərdə kütləvi saxtakarlığa yol verilib və nəticədə DML qalib gəlib. BMT-nin məlumatına görə, 3,3 milyondan çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]