Naftalandakı turizm müəssisələrində monitorinqlər aparılıb
Naftalan, 10 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Naftalan şəhərində turistlərin sayındakı artımı nəzərə alaraq, Dövlət Turizm Agentliyinin və Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən şəhər ərazisində fəaliyyət göstərən turizm obyektlərində monitorinqlər aparılıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, monitorinqlər zamanı işçi heyətin və qonaqların təhlükəsizliyi məqsədilə tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilib.