“NAR MOBİLE” TƏLƏBƏLƏR ÜÇÜN YENİ TARİF PLANI TƏQDİM EDİR
“Azerfon” MMC (“Nar Mobile” ticarət nişanı) ali məktəb tələbələri üçün yeni tarif planını təqdim etmişdir. Plana uyğun olaraq 1 dəqiqə danışıq vaxtının və 1 SMS-in qiyməti cəmi 3 qəpikdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, sərfəli qiymətlərdən başqa, hər bir sessiyanın başlanğıcında - dekabrın 1-dən yanvarın 31-dək və mayın 1-dən iyunun 30-dək Tələbə Tarif Planına qoşulmuş abonentlərin balanslarına 3 MB GPRS-trafik və 30 MMS şəklində bonuslar yüklənəcəkdir. Bonus balansını *777#20#Yes şifrəsini yığmaqla öyrənmək mümkündür.
Tarif Planı tələbələrə öz aralarında sərfəli ünsiyyət qurmaq üçün yeni imkanlar təklif edir. Abonentlər bu imkandan istifadə etmək üçün “Nar Mobile” mərkəzlərinə müraciət etməlidirlər.