Nardaran sakini ov tüfəngini könüllü olaraq polis bölməsinə təhvil verib
Bakı, 29 avqust, AZƏRTAC
Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və bu istiqamətdə profilaktiki tədbirləri uğurlu həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini İ.Əliyev müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinə təhvil verib.
Polis əməkdaşlarının apardıqları digər profilaktik tədbirlər nəticəsində isə Ağdam rayonunun Sarıcalı kənd sakini N.Təhməzov mərhum atasına məxsus müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.