NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 94 kiloqram 372 qram narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, o cümlədən 834 qram heroin, 21 kiloqram 254 qram tiryək, 3 kiloqram həşiş, 69 kiloqram 275 qram marixuana, 363 ampula, 2612 həb güclü təsiredicilər, 9 qram sirkə anhidridi götürülmüşdür. Göstərilən dövr ərzində 340 kiloqram narkotik xassəli bitkilər məhv edilmişdir.
Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qarşı mübarizəyə, daxilolma mənbələrinin aşkar edilməsinə yönəltmişlər ki, bu da öz müsbət nəticəsini verir.
Cari ilin beş ayında bu növ cinayətlər törətdiklərinə görə 39 nəfər xarici vətəndaş məsuliyyətə cəlb olunmuş, onlardan 20 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Həmin şəxslərdən 27 nəfəri İran, 10-u Gürcüstan, 1-i Rusiya, 1 nəfəri isə İsrail vətəndaşıdır.