Azərbaycan Dövlət İnformasiya Agentliyi

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

Mübarizə tədbirləri sistemli və kompleks xarakter daşıyır

Bakı, 25 avqust, AZƏRTAC

Müasir dövrdə narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi insan sağlamlığına, sosial sabitliyə və ictimai təhlükəsizliyə ciddi təhdid yaradan qlobal problemlərdən biri olaraq qalmaqdadır. Problemin miqyası və cəmiyyətin müxtəlif təbəqələrinə təsiri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşdırılmamasını, eyni zamanda profilaktik, tibbi, sosial və maarifləndirici mexanizmlərin kompleks şəkildə tətbiqini zəruri edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyevin məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, narkomanlığın yayılmasının məhdudlaşdırılması, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasət gənc nəslin sağlam inkişafının təmin edilməsi, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.

Bu istiqamətdə dövlət siyasətinin mühüm hüquqi əsaslarından biri Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”dır. Dövlət Proqramının əsas məqsədləri sırasında narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, müalicə və reabilitasiya sahəsində yeni üsulların tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və kompleks tədbirlərin həyata keçirilməsi xüsusi yer tutur.

Dövlət Proqramına uyğun olaraq hazırda müasir texnoloji imkanlardan, analitik idarəetmə alətlərindən və qabaqcıl yanaşmalardan istifadə edilməklə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əlaqələndirilmiş tədbirlər həyata keçirilir. Eyni zamanda, narkomanlığın yayılmasının məhdudlaşdırılması, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicə və reabilitasiya imkanlarının genişləndirilməsi, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əhali arasında maarifləndirmə işinin gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.

Hüquq-mühafizə tədbirləri və əldə olunan nəticələr

Narkotik vasitələrə olan tələbatın azaldılması və qanunsuz dövriyyənin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən preventiv və əməliyyat-axtarış tədbirləri ardıcıl şəkildə davam etdirilir.

2026-cı ilin yanvar-iyul ayları ərzində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində ümumilikdə 4.963 cinayət faktı aşkar edilib. Onlardan 1.250-si narkotik vasitələrin qanunsuz satışı, 3.613-ü qanunsuz əldə etmə və saxlama, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olub.

Hesabat dövründə qanunsuz dövriyyədən ümumilikdə 6 ton 223 kiloqram 519,057 qram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Müsadirə edilmiş narkotik vasitələrin ümumi dəyəri 187 milyon 200 min manat qiymətləndirilir.

Müsadirə edilmiş narkotik vasitələrin əsas hissəsini marixuana təşkil edib. Belə ki, ümumi müsadirənin 5 ton 307 kiloqram 260,329 qramı marixuananın payına düşüb. Bundan əlavə, 257 kiloqram 73,146 qram heroin, 124 kiloqram 912,418 qram tiryək, 247 kiloqram 630,147 qram həşiş, 125 kiloqram 541,94 qram digər narkotik vasitələr və 161 kiloqram 101,077 qram psixotrop maddələr müsadirə edilib.

Hesabat dövründə, həmçinin 34.983 ədəd metadon həbi, 12.715 ədəd çətənə bitkisi, psixotrop maddə həbləri, güclü təsir edən və zəhərli maddələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Narkotik tərkibli bitkilərin qanunsuz becərilməsinə qarşı da məqsədyönlü tədbirlər görülüb. 2026-cı ilin yanvar–iyul aylarında 1.167,2 hektar ərazidə yaş kütləsi 327 ton 716 kiloqram olan 3.960.601 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən edilərək məhv edilib.

Cinayət məsuliyyətinin və qaçaqmalçılığın qarşısının alınması

Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3.282 nəfər cəlb edilib. Onlardan 3.188-i kişi, 94-ü qadın, 33-ü isə xarici ölkə vətəndaşı olub.

Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 114 fakt aşkar edilib. Həmin faktlar üzrə ümumi çəkisi 1 ton 606 kiloqram 95,682 qram olan narkotik vasitələr və 20.930 ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

Aşkar edilmiş cinayətlərin 134-ü qrup halında törədilib, 1.785 cinayət faktı isə əvvəllər məhkum olunmuş şəxslərin törətdiyi cinayətlərlə bağlı olub.

2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2026-cı ilin eyni dövründə aşkar edilmiş ümumi cinayət faktlarının sayı 251, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 382, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə bağlı faktların sayı 30, qaçaqmalçılıq faktlarının sayı 30, qrup halında törədilmiş cinayətlərin sayı 25 fakt azalıb. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı 98, xarici ölkə vətəndaşlarının sayı isə 31 nəfər azalıb. Bununla yanaşı, qanunsuz əldə etmə və saxlama ilə bağlı faktların sayı 160, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi isə 1 ton 274 kiloqram 46,039 qram artıb.

Narkotik vasitələrin məhv edilməsi

Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi də mübarizə tədbirlərinin mühüm istiqamətlərindən biridir.

2026-cı il yanvarın 30-da və iyunun 11-də Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə külli və xüsusilə külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi həyata keçirilib.

Ümumilikdə 1.471 məhkəmə hökmü əsasında məhvetmə qərarı qəbul edilmiş 6 ton 13 kiloqram 620,899 qram narkotik vasitə və psixotrop maddə, 162.759 ədəd həb, 4.745 ədəd həb və 240 paket güclü təsir edən maddə, eləcə də 13.367 ədəd çətənə bitkisi məhv edilib.

Bundan başqa, 36 rayon və şəhərdə 957 məhkəmə hökmü əsasında ümumi çəkisi 32 kiloqram 177,238 qram olan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, 131 ədəd çətənə bitkisi və 27 ədəd güclü təsir edən maddə həbi məhv edilib.

Müalicə və reabilitasiya istiqamətində tədbirlər

Narkomanlığa qarşı mübarizənin mühüm tərkib hissəsi narkotik asılılığından əziyyət çəkən şəxslərin vaxtında müəyyənləşdirilməsi, müalicəyə cəlb olunması və reabilitasiyasıdır.

2026-cı ilin yanvar-iyul aylarında bütün növ sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə 54.434 nəfər Respublika Narkoloji Mərkəzinə istiqamətləndirilib. Narkotik istifadəsinin müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3.778 nəfərdən 1.851 nəfərin narkotik vasitə istifadəçisi olduğu müəyyən edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı çərçivəsində üç məntəqədə ümumilikdə 667 nəfər müalicə alır. Onlardan 258 nəfəri Respublika Narkoloji Mərkəzində, 288 nəfəri QİÇS-lə Mübarizə Mərkəzində, 121 nəfəri isə Sumqayıt Narkoloji Mərkəzində müalicə olunur.

“802” qaynar xətti – operativ əlaqələndirmə mexanizmi

Narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaş müraciətlərinin operativ qəbulu və aidiyyəti qurumlara yönləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

2026-cı ilin yanvar–iyul aylarında “802” qaynar xəttinə 548 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 77-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 41-i narkotik asılılıqdan müalicə, 430-u isə digər məsələlərlə bağlı olub. Müraciətlər üzrə tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət orqanlarına 118 məktub göndərilib.

Qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında müvafiq tədbirlər görülmüş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatlar üzrə cinayət işləri başlanılıb, eyni zamanda, narkotik istifadəçilərinin müalicəyə yönləndirilməsi və ailələrə psixoloji dəstəyin göstərilməsi təmin edilib.

Maarifləndirmə və profilaktika – mübarizənin əsas istiqamətlərindən biri

Narkomanlığın qarşısının alınmasında profilaktik və maarifləndirici tədbirlər xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət qurumları, gənclər təşkilatları və digər tərəfdaş qurumlarla birgə müxtəlif layihələr həyata keçirilir.

2026-cı ilin yanvar–iyul aylarında ümumilikdə 219 tədbir keçirilib. Onlardan 154-ü maarifləndirici və təşkilati tədbir və təlim, 65-i isə maarifləndirici sosial aksiya olub.

Gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində 20 şəhər və rayonun 173 kəndində 7 100 məktəblinin iştirakı ilə maarifləndirici tədbirlər həyata keçirilib.

Hesabat dövrü ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon və şəhər komissiyaları tərəfindən qarşıya qoyulan işlərin yerinə yetirilməsi əlaqədar bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün müvafiq şərait yaradılıb, eyni zamanda təbliğat və təşviqat işinin əhatəsi gücləndirilib.

Təşkil olunan tədbirlərə müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ərazi üzrə polis şöbələrin əməkdaşları, din xadimləri, könüllülər cəlb edilib.

Maarifləndirmə işi kütləvi informasiya vasitələri və rəqəmsal platformalar vasitəsilə də genişləndirilib. Hazırlanmış sosial çarxlar televiziya kanallarında 7.389 dəfə yayımlanıb, narkomanlığa qarşı mübarizə mövzusunda 64 televiziya verilişi hazırlanıb. “802” qaynar xətt xidmətinə dair sosial çarx radio yayımlarında 10.146 dəfə səsləndirilib. Qəzet və veb-saytlarda 10 mindən çox maarifləndirici material dərc edilib.

Əhali arasında maarifləndirmənin genişləndirilməsi məqsədilə 2026-cı ilin ilk yeddi ayında 15 mindən çox maarifləndirici material yayılıb, 26 şəhər və rayon icra hakimiyyətinə və Penitensiar Xidmətə 140 maarifləndirici banner təqdim edilib. Mobil rabitə operatorları tərəfindən hazırlanan maarifləndirici SMS mesajı isə ölkə üzrə təqribən 8 milyon 621 min abunəçiyə göndərilib.

Əsas statistik göstəricilər

№

Göstərici

2026-cı ilin yanvar–iyul ayları

1

Aşkar edilmiş ümumi cinayət faktları

4 963

2

Narkotik vasitələrin qanunsuz satışı

1 250

3

Qanunsuz əldə etmə və saxlama

3 613

4

Narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi

97

5

Qanunsuz dövriyyədən çıxarılmış narkotik və psixotrop maddələr

6 ton 223 kq 519,057 q

6

Müsadirə edilmiş marixuana

5 ton 307 kq 260,329 q

7

Müsadirə edilmiş heroin

257 kq 73,146 q

8

Müsadirə edilmiş tiryək

124 kq 912,418 q

9

Müsadirə edilmiş həşiş

247 kq 630,147 q

10

Cinayət məsuliyyətinə cəlb edilən şəxslər

3 282 nəfər

11

Qaçaqmalçılıq faktları

114

12

Metadonla əvəzedici müalicə alanlar

667 nəfər

13

“802” qaynar xəttinə daxil olan müraciətlər

548

14

Keçirilmiş maarifləndirici və təşkilati tədbirlər

219

15

“Səyyar Gənclər Xidməti” layihəsində iştirak edən məktəblilər

7 100 nəfər

16

Maarifləndirici materiallar

15 000-dən çox

17

Mobil SMS-lə məlumatlandırılan abunəçilər

təqribən 8,621 milyon

18

Sosial media materiallarının baxış sayı

17 979

Dövlət Proqramı üzrə monitorinq və qiymətləndirmə

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icra vəziyyəti öyrənilib. Bu məqsədlə 2025-ci il üzrə monitorinq və qiymətləndirmə aparılıb.

Monitorinq çərçivəsində Dövlət Proqramının dörd prioritet istiqaməti üzrə icra dinamikası təhlil edilib. Belə ki, “Təşkilati tədbirlər” istiqaməti 83,31 faiz, “Normativ-hüquqi bazanın təkmilləşdirilməsi” istiqaməti 100 faiz, “Beynəlxalq tədbirlər” istiqaməti 92,31 faiz, “Profilaktika və maarifləndirmə tədbirləri” istiqaməti isə 91,68 faiz icra göstəricisi ilə qiymətləndirilib.

Hazırda Dövlət Proqramının icra vəziyyətinin öyrənilməsi məqsədilə 2026-cı ilin birinci yarımili üzrə növbəti monitorinq və qiymətləndirmə işləri aparılır.

Nəticə

Azərbaycan Respublikasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ardıcıl, sistemli və kompleks xarakter daşıyır. Hüquq-mühafizə tədbirləri ilə yanaşı, tibbi müayinə və müalicə, reabilitasiya, maarifləndirmə, gənclərlə profilaktik iş, media və rəqəmsal platformalardan istifadə, eləcə də vətəndaş müraciətlərinin operativ cavablandırılması vahid mübarizə strategiyasının əsas istiqamətlərini təşkil edir.

2026-cı ilin yanvar-iyul aylarının nəticələri göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib, külli miqdarda narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb, çoxsaylı cinayət faktları aşkar edilmiş və təqsirkar şəxslər məsuliyyətə cəlb olunub. Eyni zamanda, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəyə cəlb edilməsi və əhali arasında sağlam həyat tərzinin təşviqi istiqamətində də mühüm işlər görülüb.

Növbəti mərhələdə də Dövlət Proqramında müəyyən edilmiş məqsəd və vəzifələrə uyğun olaraq dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi, qabaqcıl təcrübənin tətbiqi, profilaktik və maarifləndirici tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi, habelə müalicə və reabilitasiya imkanlarının inkişaf etdirilməsi bu sahədə qarşıda duran əsas vəzifələrdən olacaq.

Narkomanlığa qarşı mübarizə yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ümumi məsuliyyətidir. Sağlam gələcəyin təmin edilməsi üçün dövlət, vətəndaş cəmiyyəti, ailə, təhsil müəssisələri, media və ictimaiyyətin birgə səylərinin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndər dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ